Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib - (+FOTOLAR)

Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib (+FOTOLAR)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb.

 

Leyla Əliyeva 1942-ci ilin payızında Leninqrad (Sankt-Peterburq) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu - qardaşı oğlu Abay Abbasova təqdim edib.

 

Qeyd edək ki, İbrahim Abbas oğlu Vəliquliyevin cəsədinin qalıqları Rusiyanın “Dobrovolets Politex” axtarış qrupu tərəfindən Neva çayı yaxınlığında tapılıb. Əslən Şamaxı rayonunun Dağkolanı kəndindən olan igid həmvətənimizin cəsədinin qalıqları Sankt-Peterburq yaxınlığında yerləşən “Nevskiy Pyataçok” memorialında dəfn edilib. Onun üzərində tapılan medal və sənədlər Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna təqdim olunub.

 

Tapılan əşyalar Leyla Əliyevanın təşəbbüsü ilə mərhumun Azərbaycandakı qohumuna təqdim edilməsi üçün ölkəmizə gətirilib.

 

Söhbət zamanı Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həyatlarını qurban vermiş azərbaycanlıların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. Həmin müharibədə 300 min övladı həlak olmuş Azərbaycan xalqının faşizm üzərində Qələbəyə böyük töhfə verdiyini vurğulayaraq, bütün şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əydiyini deyib. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !