Leyla Əliyeva Musiqili Teatrın aktrisası ilə şəklini İnstaqram səhifəsində paylaşıdı - (+FOTO)

Leyla Əliyeva Musiqili Teatrın aktrisası ilə şəklini “İnstaqram” səhifəsində paylaşıdı (+FOTO)

AZpress.AZ xəbər verir ki, Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrının solisti, istedadlı aktrisa, 2017-ci ilin yekununa görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülən, Beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova ilə birlikdə çəkilən şəklini "İnstaqram” hesabında çoxsaylı izləyiciləri ilə paylaşıb.
Gənclərin yaradıcılıq fəaliyyəti və inkişafları üçün daim şərait yaratmağa çalışan Leyla Əliyeva Musiqili Teatrda olarkən Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” tamaşasının məşqlərini izləmiş, aktyorların ifalarından razı qaldığını bildirmiş və onlarla xatirə şəkilləri çəkdirmişdir. O, Aydan Həsənovaya canlandırdığı Qızıl gül obrazına görə də xoş sözlərini bildirmişdir.
Qeyd edək ki, A.Həsənova aktrisalıq karyerası ərzində Ü.Hacıbəylinin “O olmasın, bu olsun”(Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı”(Bikə) və başqa tamaşalarda yaddaqalan rollar ifa edib.
“Leyla Əliyevanın Musiqili Teatra səfərindən müəyyən vaxt keçsə də, bu yaxınlarda “İnstaqram” hesabındakı paylaşımı təkcə bir aktrisaya deyil, bir daha Musiqili Teatra və burada çalışan gənclərə diqqətinin göstəricisidir, bu diqqəti üçün ona təşəkkür edirəm” - deyə istedadlı aktrisa Aydan Həsənova bildirib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !