Özünü Peyğəmbər hesab edənlər...? -

Özünü Peyğəmbər hesab edənlər...?

Özünü Peyğəmbər, Tanrı hesab edənlər… – “7 azyaşlı bakirə ilə birlikdə olmalısan”

 

Müsəlman dünyasında müqəddəs sayılan Qurani-Kərimə görə, Muhəmməd dünyaya göndərilən sonuncu peyğəmbərdir. Ancaq tarix boyu özünü peyğəmbər, məsih ya da Tanrı elan edənlər böyük kütlələri öz fikirlərinin ardınca apara biliblər.

 

Minval.info ya psixoloji problemlərdən, ya da fırıldaqçılıq məqsədləri ilə özünü peyğəmbər, hətta Tanrı elan edən şəxsləri təqdim edir. Onlar arasında azərbaycanlılar da var:

 

 

1. Onlardan biri 2000-ci illərin əvvəllərində peyda olan Ueyn Bentdir. ABŞ-da yerləşən dini kommuna özünü Güclü Şəhər adlandırır və başcıları Benti özlərinin peyğəmbəri kimi görürdülər. Bent müridlərinə Tanrının onunla danışaraq “Sən Məsihsən” dediyini söyləyib. Daha da irəli gedən Bent Tanrının ona “7 azyaşlı bakirə ilə birlikdə olmalısan” – deyə, əmr etdiyini iddia edib. İcma üzvləri isə bunun ilahi bir tələb olduğunu düşünüb, “peyğəmbərlərinin” hər addımını sorğusuz qəbul ediblər. Daha sonra isə işlərin çox böyük miqyas aldığını görən müridlər ağıllarını başlarına toplayıb polisə müraciət edirlər. Sonda Bent azyaşlı müridlərini cinsi istismara etdiyi üçün 10 il müddətinə həbs edilib.

 


 

2. Kenyanın qərbində yaşayan Jenova Vanyonyi özünü Tanrı, İsa peyğəmbəri isə öz oğlu elan edib. Jehova QİÇS xəstəliyinə çarə tapdığını və bunun qarşılığında 3 milyard Kenya Şilini (təxminən 34 milyon dollar) tələb edib. Kenya əhalisi bu pulu toplayıb “dini lider”ə verməsə də, onun minlərlə izləyicisi olub. 70 qadınla evli olan Jehovanın 95 övladı olub. 2015-ci ildə dünyasını dəyişəndə 1000 ibadətçisi öz Tanrıları üçün göz yaşı töküblər.

 

 

 

3. Özünü İsanın reankarnasiyası adlandıran Braziliyalı İnri Kristo həm yerli, həm də beynəlxalq telekanallarda özünə yer tapa bilib. Tez-tez mediada digər dini fiqurlarla debatlara çıxan Kristoya inananların çoxu gənc və gözəl qızlardır.

 

 

 

4. Yalnız dini liderlər deyil, siyasətçilər də özlərini Tanrı elan edə bilirlər. Yaponiyanın Dünya İqtisadi Komitə Partiyasının sədri Mitsuo Matayoşi özünün həm Tanrı, həm də İsa olduğunun iddia edir. Partiyasının üzvləri də onun Tanrı olduğununa inanırlar. Yaponiyanın bir Tanrı tərəfindən idarə olunmasının, bunun üçün də özünün seçilməsinin lazım olduğunu bəyan edir.

 

 

 

5. Şoko Asahara özünü Məsih və “Tanrının işığı” adlandıran radikal dini terror təşkilatının lideridir. Şoko Yaponiya və ABŞ arasında baş verəcək müharibə ilə dünyanın sonunun gələcəyini iddia edərək Yaponiyada terror aktları törətməyə başlayıb. 1995-ci ildə Tokio metrosuna kimyəvi qaz sızdıraraq 12 nəfərin ölümünə, 6 min insanın isə yaralanmasına səbəb olub. 1 il ərzində silsilə şəklində həyata keçirilən bir çox kimyəvi hücumda da Asaharanın dini icmasının barmağı var. Ekstremistin Yaponiyada təxminən 9 min, dünyada isə 40 min dəstəkçisi olduğu hesab edilir. Metro terrorundan sonra həbs edilən Şokoya edam cəzası verilsə də, o hələ ki həbsxanada edam növbəsini gözləyir.

 

 

6. Özünü peyğəmbər elan edənlər təkcə Yaponiya kimi uzaq diyarlarda yox, elə öz ölkəmizdə də mövcuddur. 2017-ci ildə sosial şəbəkələrdə yayılan bir videoda əlində qılınc tutan bir şəxs peyğəmbər öldüyü üçün Allahın onu dünyaya xilaskar kimi göndərdiyini iddia edib. O, hətta göydən daş və əcaib məxluqlar yağacağını da deyib.

 

 

7.2015-ci ildə isə Bakı şəhəri Kürdəxanı qəsəbə sakini Kazım Əziz özünün İmam Mehdi olduğunu demişdi. Kazım Əziz tarixdə indiyə qədər özünü İmam Mehdi hesab edənlər çox olsa da, onların saxta, özünün isə həqiqi Mehdi olduğunu ifadə edib. O, hədislərdə imam Mehdiyə aid olan bütün əlamətlərin özündə olduğunu deyirdi. Hətta 2017-ci ildə Bakıda səfərdə olan Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və AKP Ordu millət vəkili Metin Gündoğdu Bakıda “zühur edən” “imam Mehdi” ilə görüşüblər. Kazım Əziz hələ də özünün “Facebook” hesabından İmam Mehdi olması ilə bağlı paylaşımlar edir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !