Azərbaycanın 9 möcüzəsi silsiləsindən Abşeron Milli Parkı sənədli filmi təqdim olunub - (+FOTOLAR)

“Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filmi təqdim olunub (+FOTOLAR)

Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

 

Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub. Sərgidəki stendlər “Azərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanı” bölmələrini əhatə edir.

 

Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başlayıb.

 

Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışıb, burada hər cür şəraitin yaradıldığını vurğulayıb və Leyla Əliyevaya təşəkkür edib.

 

Sonra “Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirilib. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının təxminən 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.

 

“Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.

 

IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !