Quba soyqırımı məzarlığı ziyarət edildi - (+FOTOLAR)

Quba soyqırımı məzarlığı ziyarət edildi (+FOTOLAR)

«Azərikimya» İstehsalat Birliyinin kollektivi şəhər ictimaiyyəti ilə birgə
Quba soyqırımı məzarlığını ziyarət etmişlər

 

AZpress.AZ  xəbər verir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günündə «Azərikimya» İstehsalat Birliyinin kollektivi Sum¬¬qayıt şəhər ictimaiyyəti – elm, mədəniyyət və təhsil işçiləri, müəssisə rəhbərləri, ictimai təşkilatların və res¬pub¬lika mətbuatının nümayəndələri ilə birgə bu məqsəd üçün ayrılmış xüsusi avtobuslarla xalqımızın ən ağırılı-acılı və dəhşətli günlərindən birinin inkaredilməz sübutu olan Quba soyqırımı məzarlı¬ğını ziyarət etmişlər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, Azər Badamov və Eldəniz Səlimovun da iştirak etdiyi səfər zamanı kimyaçılar və şəhər ictimaiyyətinin nüma¬yən¬dələri öncə Quba soyqırım məzarlığını ziyarət edərək, 1918-ci ildə burada erməni vandalları və qaçaq-qul¬dur dəstələri tərəfindən amansızlıqla qətlə yetirilən soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, abidə-kompleksin önünə kimyaçılar və Sumqayıt sa¬kin¬ləri adından əklillər qoymuş, gül dəstələri düzmüşlər. Soyqırımı qurbanlarının ruhlarına dualar oxunmuşdur.
Daha sonra kollettiv Qusar şəhərinə gələrək, 1918-ci ildə «Qanlı dərə» adlanan yerdə erməni-daşnak qoşunlarına qarşı qəhrəmanlıqla döyüşərək, düşmənin böyük canlı qüvvəsini məhv etmiş Quba və Qusar qəhrəmanlarının şərəfinə ucaldılmış monumental abidəni ziyarət etmiş, önünə əklil və gül dəstələri qoymuşlar.
Abidənin önündə Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsinin bolşevik maskası altında erməni ikiüzlülüyünü məharətlə gizlətməyi bacaran, əslən isə qatı daşnak olan A.Mikoyanın və S.Şaumyanın rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox bölgələrində, həmçinin azərbaycanlılara qarşı xüsusi qəddarlığı və qaniçənliyi ilə seçilən Amazaspın Qubada yerli sakinlərə, o cümlədən ləzgilərə və yəhudilərə qarşı törətdikləri vəhşiliklər, qırğınlar barədə söylədikləri səfər iştirakçılarında düşmənə nifrət hissini daha da artırmışdır.
Sumqayıtdan ziyarətə gələnlər arasından filologiya elmləri doktoru, professor, şair Yafiq Yusifoğlu və şair-publisist, respublikanın Əməkdar jurnalisti Rafiq Oday çıxış edərək, qeyd etmişlər ki, Qubada aşkar edilmiş kütləvi məzarlığın tarixi zaman baxımından 100 illik bir dövrü əhatə etsə də, hadisələrin gedişatı baxımından bu günümüzlə səsləşir. Bu quldurlar XX əsrin əvvəllərində olduğu kimi, yüzilliyin sonunda da öz çirkin niyyətlərindən əl çəkməmiş, Dağlıq Qarabağda, Xocalıda, Şuşada, Kəlbəcərdə və Azərbaycanın işğal olunmuş digər ərazilərində yeni vəhşiliklər törətmişlər. Yetişdirməkdə olan gənc nəsil, xalqımız, eləcə də dünya ictimaiyyəti bilməlidirlər ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlər təkcə bunlarla da məhdudlaşmır. Çünki bu münaqişənin dərin kökləri vardır. Bu proses 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə azərbaycanlıların kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Ancaq ədalətli hakim olan tarix artıq onların iç üzünü hər addımda açıq-aydın göstərir. Bu tutarlı faktların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi üçün ciddi və ardıcıl səy göstəriliməli və bu vəhşi cəlladların layiqli cavabları verilməlidir.
Çıxış edənlər həmçinin Ulu öndər Heydər Əliyevin xalqımızın milli və qan yad¬daşını gücləndirmək, bugünkü və gələcək nəsillərin keçmişimizi unutmamaları, tarixin acı dərslərindən nəticə çıxararaq, Azərbaycanın əldə olunmuş müstəqilliyini və azadlığını əbədi olaraq qoruyub-saxlamaları məqsədilə xüsusi fərmanı ilə 31 martın - Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsini bu istiqamətdə atılmış ən vacib və ən əhəmiyyətli addım kimi dəyərləndirmişlər.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !