REGİONAL ELMİ MƏRKƏZDƏ SOYQIRIMI QURBANLARI ANILIB - + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

REGİONAL ELMİ MƏRKƏZDƏ SOYQIRIMI QURBANLARI ANILIB + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

AZpress.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin (LREM) təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin iştirakı ilə “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı”nın icrası mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmləri doktoru, professor Fərman Quliyev çıxışında tarixən mənfur qonşularımız olan ermənilər tərəfindən xalqımıza qarşı törədilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsinin 1918-ci il martın 31-də xüsusi qəddarlıq və amansızlıqla həyata keçirildiyini bildirib.
LREM-in elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov “31 mart-Azərbaycanlıların soyqırım günü” mövzusunda məruzə ilə çıxış edərək bolşevik-daşnak qüvvələri tərəfindən həyata keçirilən soyqırım hadisələrinin Bakı ilə yanaşı, Quba, Şamaxı, Lənkəran və digər ərazilərdə də baş verdiyini qeyd edib. M.Cəfərov 1918-ci ilin sentyabrına qədər davam edən soyqırım hadisələri vaxtı Lənkəran qəzasında 40-dan artıq kəndin yandırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
LREM-in arxeologiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov “Quba məzarlığı soyqırım abidəsi kimi” mövzusunda çıxış edərək Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin” yaradıldığını, bu abidənin xalqımızın bolşevik-daşnak qüvvələri tərəfindən soyqırıma məruz qalmasının təsdiqi kimi mühüm əhəmiyyətini vurğulayıb.
LREM-in arxeologiya şöbəsinin elmi işçisi Aydan Dadaşova “31 mart azərbaycanlıların soyqırımının nəticələri” mövzusunda çıxış edərək 1918-ci il 31 mart soyqırımının xalqımızın tarixi yaddaşında əbədi yer tutduğunu, öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseyn, LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova, Lənkəran Humanitar Kollecinin müəllimi Cəmil Quliyev, AMEA Əlyazmalar İnstitutunun doktorantı Samid Quliyev, Lənkəran şəhər 9 saylı tam orta məktəbin müəllimi Rahim Nuriyev, Ə.Y.Xalıqov adına Rvo kənd tam orta məktəbinin müəllimi Həmzağa Rüstəmov, Kənarmeşə kənd tam orta məktəbinin müəllimi Ülviyyə Əiyeva və digərləri mövzu ətrafında müzakirələr apararaq, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart soyqırımına, həmçinin tarixin müxtəlif dönəmlərində xalqımızın məruz qaldığı soyqırım hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini qeyd ediblər.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !