Ankarada 31 mart soyqırımının 100 illiyi ilə bağlı konfrans keçirildi -

Ankarada 31 mart soyqırımının 100 illiyi ilə bağlı konfrans keçirildi

AZpress.AZ xəbər verir ki, Ankarada 31 mart soyqırımının 100 illiyi ilə bağlı konfrans keçirildi.
Türk Dünyası Parlament Birliyi 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində mətbuat konfransı təşkil edib. Birliyin sədri Nail Çələbi, Erməni silahlı dəstələrinintTürklərə qarşı etdikləri soyqırımı lənətləyərək şəhidlərə Allahdan rəhmət diləyib. Nail Çələbi bugünün bir tarix olduğunu ifadə edərək, Erməni və bolşevik dəstələrinin son 2 yüz ildir Azərbaycan türklərinə qarşı mərhəmətsiz qırğınlarda olduğunu söyləyib. Çələbi, Erməni-bolşevik birlikləri və şəbəkələrinin 31 Martda başlayıb 3 gün içində başda Bakı olmaqla, onlarla Azərbaycan şəhəri və Qarabağın dağlıq hissəsində 50 min Türkü vəhşicəsinə qətl etdiyini vurğulayıb: "Bu gün Şamaxı, Zəngəzur, Lənkəran, Quba qırğınlarının izlərini görmək mümkündür . Bu insanlarıngünahı nə idi? Bu insanlar yalnız Türk olduqları üçün öldürüldü, vəhşicə qətl edildi. Bu görə Anadolu, Azərbaycan, Qırğız, Özbək, Türkmən, Qazax türkləri bu ağrını heç unutmayacaq ." Erməni - Daşnak zehniyyətinin son olaraq Xocalıda özünü göstərdiyini izah edən Çələbi, Qarabağdakı Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olduğunun unudulmamasını istədi: "Erməni -Daşnak zehniyyəti bu gün də işbaşındadır ... Özlərinin etdiyi soyqırımları, işğalların Türklərin özü etdiyinə inandırmağa çalışırlar. Amma gerçəklərin üstü əsla örtülməz. 31 martda Türk dünyasında simvol olan Azərbaycan türkləri soyqırım günündə ermənilər tərəfindən öldürülən on minlərlə türkə rəhəmət diləyirəm. Dünyanın heç bir yerində heç bir Türkün ayağına, daş dəyməsin, işğal altında heç bir Türk yurdu qalmasın ... Başda Türkiyəmiz olmaqla bütün Türk yurdlarında şanlı bayraqlarımız sonsuza qədər dalğalansın. "Nail Çələbi, 1918-ci ildə Qafqazda Azərbaycan Türklərinin fəryadını eşidən Nuri Paşa əmrindəki Türk Qafqaz İslam Ordusu mənsublarını, Azərbaycan Türklərinin əsla unutmadığını da vurğuladı: '31 mart 1919-cu ildə Azərbaycan Respublikası Parlamenti bu tarixi azərbaycanlıların soyqırımı günü kimi qəbul etdi. Böyük lideri Heydər Əliyev martın 31-i tarixini 1998-ci ildə çıxarılan fərmanla ikinci dəfə azərbaycanlıların Soyqırımı günü elan etdi.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !