Musiqili Teatrın solisti Azərbaycanı Bişkekdə təmsil edəcək -

Musiqili Teatrın solisti Azərbaycanı Bişkekdə təmsil edəcək

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə 4 aprel 2018-ci il tarixində Bişkek Milli Akademik Opera və Balet Teatrında görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Bişkekdə ölkəmizi təmsil edəcək incəsənət ustalarının arasında Musiqili Teatrın solisti, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Nərgiz Kərimova da var.
İstedadlı aktrisa indiyə qədər vokal sənətinin nümayiş olunduğu bir neçə beynəlxalq və respublika səviyyəli layihələrdə uğurla iştirak edib, festival və müsabiqələrin qalibi olub.
Xatırladaq ki, məlahətli səsi və aktyorluq məharətilə Nərgiz Kərimova Musiqili Teatrın tamaşalarında - R.Hacıyevin “Talelər qovuşanda” (Nərgiz), V.Adıgözəlov və Anarın “Aldın payını, çağır dayını” (Süsən), Ü.Hacıbəyovun“O olmasın, bu olsun”(Gülnaz), "Arşın mal alan” (Gülçöhrə), R.Mirişli və M.Haqverdiyevin “Qısqanc ürəklər” (Səbinə), S.Ələsgərov və Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu” (Bildirçin), İ.Kalmanın "İddialı qaraçı” (Yulişka), V.Dolidze və A.Saqarellinin "Xanuma” (Keto), İlyas Əfəndiyevin “Mənim Günahım” (Nurcahan) əsərlərində canlandırdığı yaddaqalan obrazlarla teatrsevərlərin rəğbətini qazanıb.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !