Gənc təşkilatçılar Elnurə və Aygün İskəndərovaların daha bir uğurlu layihəsi! - +FOTOLAR (AZpress.AZ, Minə Türksoy)

Gənc təşkilatçılar Elnurə və Aygün İskəndərovaların daha bir uğurlu layihəsi! +FOTOLAR (AZpress.AZ, Minə Türksoy)

AZpress.AZ xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən “Novruz, sülh və dostluq bayramı” adlı sərgi-tədbir 19 mart 2018 – ci il saat 16:00 – da İran Mədəniyyət Mərkəzində baş tutdu. Tədbiri giriş sözü ilə İran Mədəniyyət Mərkəzinin sədri Əsgəri Farsi açaraq İran və Azərbaycan dostluğu haqqında danışmış, Novruz bayramının hər iki ölkədə geniş qeyd olunduğunu və hər iki xalq üçün əhəmiyyətini söyləmişdir. İran Mədəniyyət Mərkəzində belə sərgi- tədbirlərin keçirilməsinin artıq ənənə halını almasından öz məmnunluğunu bildirərək Layihə rəhbəti Elnurə İsgəndərova və təşkilatçı Aygün İsgəndərovaya təşəkkürünü bildirmişdir. Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov Novruz bayramının Azərbaycanda geniş qeyd olunmasından və sərginin adındanda göründüyü kimi “Novruz sülh və dostluq bayramıdır” və xalqlarımız arasında bir-birinə sıx bağlı olan Novruz adət-ənənələrimizdən söz açaraq hər kəsi bu gözəl sərgi- tədbir münasibəti ilə təbrik etmişdir. Sonra çıxış edənlərdən xalq artisti Eldost Bayram və başqaları Novruz bayramı və sərgi münasibəti ilə tədbir iştirakçılarını arzularını bildirmişlər. Müğənni Cavid Hüseyn biri-birindən gözəl canlı ifaları ilə tamaşaçılaraxoş əhval-ruhiyyə bəxş etmişdir. . Sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın 150-yə yaxın əsəri nümayiş olunmuşdur. Tədbirdə müxtəlif yaş qruplarından rəssamlar və dekorativ sənət ustalarının əl işləri nümayiş olunmuşdur. Sonda sərgi iştirakçıları və bir qrup media nümaəndələri diplom və hədiyyələrlə təltif olunmuşlar.


AZpress.AZ Minə Türksoy. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !