Azərbaycanlı dizayner Türkiyənin ən yaxşısı seçildi - (+FOTOLAR-VIDEO)

Azərbaycanlı dizayner Türkiyənin ən yaxşısı seçildi (+FOTOLAR-VIDEO)

AZpress.AZ xəbər verir ki, “Afffair” brendinin yaradıcısı olan Rüfət İsmayılın yeni kolleksiyası “Obsession” adlanır.

 

Həmyerlimizin dəb nümayişi Livanın 5 ulduzlu otellərindən olan “Four Seasons”da baş tutub. Bir çox ölkələrin qatıldığı dəb həftəsində Azərbaycanı təmsil edən Rüfət İsmayılın kolleksiyasından olan geyimləri 27 model nümayiş etdirib. Kolleksiya Türkiyənin top modeli olan Günay Musayevanın çıxışı ilə tamamlanıb.

 

Rüfət İsmayıl yeganə azərbaycanlı dizayner olub ki, onun defilesi “Fashion TV” vasitəsilə bütün dünyaya canlı olaraq yayımlanıb. Bu qürurverici hadisə Azərbaycanın moda tarixinə qızıl hərflərlə həkk olunub. Rüfət İsmayılın sayəsində Azərbaycan bayrağı artıq yüksək dəb həftələrində dalğalanacaq. Və dünya Azərbaycan brendi altında təqdim olunan kolleksiyaları izləməklə yanaşı, əldə edə biləcək.

 

Həmyerlimizin uğurları bununla da yekunlaşmır.

 

Türkiyədə yaşayan dizayner qardaş ölkədə “Türkiyənin ən yaxşı dizayneri” mükafatına layiq görülüb.

 

Qeyd edək ki, Rüfət İsmayıl eyni zamanda Azərbaycanı və Türkiyəni Milanda təmsil edən dizayner kimi tarixə düşmüş ilk və yeganə şəxsdir. Rüfətin kolleksiyaları isə Milanla yanaşı, Florensiya, Dubay, Tehranda və bir sıra başqa ölkələrin dəb həftələrində yüksək səviyyədə nümayiş olunub. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !