Gəl baharım, gəl yazım tamaşası təqdim olunacaq - (+FOTOLAR)

“Gəl baharım, gəl yazım” tamaşası təqdim olunacaq (+FOTOLAR)

Akademik Milli Dram Teatrı uşaqlar üçün “Gəl baharım, gəl yazım”
tamaşası təqdim olunacaq

 

AZpress.AZ xəbər verir ki, Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı
tamaşaçılar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsəri Xanım
Həsənovanın eyniadlı əsəri əsasında hazırlanıb.

 

Səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət
işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor
assistenti Könül Kərimovadır.

 

Uşaqların marağına səbəb olaraq onları əyləndirəcək rəngarəng
tərtibatlı tamaşada aktyor Ramin Şıxəliyev və Vüsal Xalıqoğlu (Kosa),
Cümşüd Zeynalov və Vüsal Mustafayev (Keçəl), Rəşad Bəxtiyarov və
Mehman Fətullayev (Xan Çoban), əməkdar artistlər Mehriban Xanlarova
(Əkinçi), Mirzə Ağabəyli (Bağban), aktyor Rüstəm Rüstəmov (Bağban),
aktrisalar Şəhla Əliqızı və Rada Nəsibova (Bahar), Firuzə Balayeva və
Xədicə Novruzlu (Qış), Ceyran Baxışova (Buz), Sona Novruzova (Qar),
Əlləz Əhmədov (Çovğun), Əminə Cəfərova (Boran), Ləman Fərmanlı (Su
çərşənbəsi), Fərid Vəliyev (Od çərşənbəsi), Mehin Məmmədli (Yel
çərşənbəsi), Nəzrin Əsgərzadə (Torpaq çərşənbəsi) iştirak edəcək.

 

Səhnə əsərinin süjet xətti belədir: Xan çoban, əkinçi və bağban qışın
gec getməyindən narazıdırlar. Onlar bir yerdə Baharın üstünə şikayətə
gedirlər. Bahar onları diqqətlə dinləyir və çərşənbələri qışın üstünə
göndərir. Gərgin mübarizədən sonra Xan çoban, əkinçi və bağbanın
arzusu yerinə yetir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !