Şahin hərbi-idman oyunun zona yarışlarına yekun vuruldu - (+FOTOLAR)

“Şahin” hərbi-idman oyunun zona yarışlarına yekun vuruldu (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, məktəblilərin ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununlarının Şəmkir rayonu üzrə keçirilən zona yarışlarına yekun vurulmuşdur. Hərbi-idman oyununun 6 zona üzrə keçirilmiş yarışlarında rayonun 43 məktəbindən 602 nəfər məktəbli iştirak etmişdir. Sonuncu 6-cı zona yarışı 14 mart 2018-ci il tarixdə Şəmkir rayon Çənlibel kənd 1 saylı tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun Çənlibel zonası üzrə keçirilmişdir. Yarışda Şəmkir rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Şəmkir rayon Təhsil şöbəsinin hərbi metodisti Zülfüqar Abbasov,Şəmkir rayon Çənlibel kənd 1 saylı tam orta məktəbin direktoru Qoşqar Əliyev, zona hərbi müəllimləri,Çənlibel zonasının komandaları iştirak etmişdir. Hava şəraitinin qeyri-sabit sabit keçməsini nəzərə alaraq, münsiflər heyətinin qərarına əsasən məktəblilərin üst geyiminin qalmasına icazə verilmişdir. “Şahin” hərbi-idman oyununda rayonun Çənlibel zonasının 3 komandası yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif mərhələlərdən keçmişdir. Yekunda münsiflər heyətinin qərarına əsasən, I yerə Çənlibel kənd 2 saylı tam orta məktəbin komandası, 2-ci yerə Çənlibel kənd 1 saylı tam orta məktəbin komandası, 3-cü yerə Qasmalılar kənd tam orta məktəbin komandası layiq görülmüşdür. Qeyd edək ki, Çənlibel kənd 2 saylı tam orta məktəbin komandası 16 mart 2018-ci il tarixdə Şəmkir şəhərində “N” saylı hərbi hissədə keçiriləcək rayon birinciliyinə iştirak hüququ qazanmışdır
Rayon birinciliyinə iştirak hüququ qazanmış məktəblər:


1.Şəhər zonası- Şəmkir şəhər M. Füzuli adına təbiət-təmayüllü liseyin komandası
2.Kür zonası- Mahmudlu kənd tam orta məktəbin komandası
3.Seyfəli zonası- Könüllü kənd 1 saylı tam orta məktəbin komandası
4. Düyərli zonası- Sabirkənd tam orta məktəbin komandası
5. Dəllər zonası- Dəllər-Cırdaxan kənd tam orta məktəbin komandası
6. Çənlibel zonası- Çənlibel kənd 2 saylı tam orta məktəbin komandası
Rayon birinciliyinin qalibi “Şahin” hərbi-idman oyununun Gəncə-Qazax zonası üzrə keçiriləcək yarışda Şəmkir rayonunu təmsil edəcəkdir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !