Türkiyəli mötəbər qonaqlar Musiqili Teatrda - (+FOTOLAR)

Türkiyəli mötəbər qonaqlar Musiqili Teatrda (+FOTOLAR)

Qurumun mətbuat xidmətindən bildirilib ki, bir çox ölkələrədə kifayət qədər
populyarlıq qazanan, istedadlı kino və teatr aktyoru, "Kurtlar Vadisi"ndən "Ömər
Baba" obrazı ilə yaddaşlarda iz salan Emin Olcay və Azərbaycan teatrlarında
səhnəyə qoyulan «Uçqun», «Gözəlçələr», «Ziyarətçi», “Matryoşka” tamaşalarının
müəllifi kimi adı çoxlarına tanış gələn, müasir türk yazıçı-dramaturqu Tuncər
Cücənoğlu Musiqili Teatrın qonağı olub.
Mötəbər qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini
Hüseyn Hüseynov qəbul edib, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş
ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər
səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, ölkə
Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən
sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.
Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın möhtəşəm
səhnəsində quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə,
ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, əməkdar incəsənət
xadimi Əliqismət Lalayev olan “Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasının
məşqlərinə baxıblar.
Növbəti səfərlərində də mütləq Musiqili Teatra gəlmək, tamaşaları seyr
etmək niyyətlərinin olduğunu bildirən hər iki tanınmış qonaq məşq prosesini
izləyərkən də heyranlıqlarını gizlətməyiblər. İstedadlı yazıçı Tuncer Cucenoğlu
“Ümidvaram ki, yaxın gələcəkdə mənim də əsərlərim bu teatrın möhtəşəm
səhnəsində tamaşaya qoyulacaq” , -deyə arzusunu dilə gətirib. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !