Şahin hərbi-idman oyununun düyərli zonası üzrə yarışına yekun vuruldu - (+FOTOLAR)

“Şahin” hərbi-idman oyununun düyərli zonası üzrə yarışına yekun vuruldu (+FOTOLAR)

Şəmkir rayonunda “Şahin” hərbi-idman oyununun yüksək səviyyədə təşkil edilməsi üçün rayonun məktəbləri arasında zona yarışları davam edir. Qeyd edək ki, Şəmkir rayonun məktəbləri 6 zonaya ayrılmış, bu günə kimi 3 zona yarışına yekun vurulmuş, Şəhər zonası üzrə M.Füzuli adına tam orta məktəbin komandası, Kür zonası üzrə Mahmudlu kənd tam orta məktəbin komandası, Seyfəli zonası üzrə Könüllü 1 saylı tam orta məktəbin komandası rayon birinciliyinə iştirak hüququ qazanmışdır. Növbəti 4-cü zona yarışı 12 mart 2018-ci il tarixdə Şəmkir rayon Sabirkənd tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun Düyərli zonası üzrə keçirilmişdir. Yarışda Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi,YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov, Şəmkir rayon Təhsil şöbəsinin hərbi metodisti Zülfüqar Abbasov,Şəmkir rayon Sabirkənd tam orta məktəbin direktoru Müqabil Yolçuyev, zona hərbi müəllimləri,düyərli zonasının komandaları iştirak etmişdir. Yarışda çıxış edənlər xüsusi olaraq vurğulanmışdır ki, “Şahin” hərbi-idman oyunun keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, məktəblilərin ordu sıralarına hazırlanmasına kömək göstərməkdir. “Şahin” hərbi-idman oyununda rayonun düyərli zonasının 8 komandası yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif mərhələlərdən keçmişdir. Yekunda münsiflər heyətinin qərarına əsasən, I yerə Sabirkənd tam orta məktəbin komandası, 2-ci yerə Zəyəm qəsəbə 1 saylı tam orta məktəbin komandası, 3-cü yerə Zəyəm qəsəbə 2 saylı tam orta məktəbin komandası layiq görülmüşdür. Qeyd edək ki, Sabirkənd tam orta məktəbin komandası 16 mart 2018-ci il tarixdə Şəmkir şəhərində “N” saylı hərbi hissədə keçiriləcək rayon birinciliyinə iştirak hüququ qazanmışdır. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !