Musiqili Teatrda həftəsonu tamaşaları - (+FOTOLAR)

Musiqili Teatrda həftəsonu tamaşaları (+FOTOLAR)

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 2 gün ərzində 4 tamaşa
nümayiş olunacaq.
Qurumun mətbuat xidmətindən bildirilib ki, 10 mart saat 12:00-da “Hacı-
Qara” (M.F.Axundzadə), 19:00-da “Nuri-didə Ceyhun” (Ə.Əmirli), 11 mart saat
19:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları tamaşaları ana dilimizdə
təqdim ediləcək. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli
tamaşaçılarını da unutmayıb. Kollektiv 11 mart saat 12:00-da rusdilli balaca
teatrsevərlərin görüşünə “Bir dayan canavar” (R.Ağayev, A.Xayt, A.Kurlyanski)
tamaşası ilə gələcək.


10 mart - Milli Teatr Günü saat 19:00-da nümayiş etdiriləcək “Nuri-didə
Ceyhun” (Ə.Əmirli) tamaşası Musiqili Teatrın 108-ci mövsümünün növbəti
premyerasıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni
zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim ediləcək bu
tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə,
layihənin ideya müəllifi və bədii rəhbəri isə Musiqili Teatrın direktoru, əməkdar
incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Xüsusi vurğulamalıyıq ki, Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar
Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim,
azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəyli obrazının
canlandırılacaq. Səhnə əsərində onun məşəqqətli mühacirət həyatından və
Cümhuriyyətimizin keçdiyi çətin, lakin, şərəfli mübarizə yolundan bəhs edilir.
Həftəsonu nümayiş olunacaq tamaşalarda sevimli aktyorlar –xalq artistləri
Fatma Mahmudova, Əməkdar artistlər, Novruz Qartal, Pərviz Məmmədrzayev,
Şövqi Hüseynov, Əzizağa Əzizov, Anton Ferşdant, Ələkbər Əliyev, Əkbər
Əlizadə, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Nicat Əli, Gülnarə
Abdullayeva, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Mehriban Zalıyeva,
Nadir Xasıyev, Nadejda Povelitsina, Aydan Həsənova, Yuliya Heydərova, Marina Litvinenko, Gülnarə Əzizova, Firuz Məmmədov, Şaban Cəfərov, Səmədzadə Xasiyev, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Elxan İsmayılov, Ruslan Mürsəlov, Emil Heydərov, Elçin İmanov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, kiçik aktyor Hüseyn Nağıyev və başqaları iştirak edirlər.

Həftəsonunu xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan
başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət”
mərkəzlərindən əldə edə bilərlər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !