Şahin hərbi idman oyunu keçirilib - (+FOTOLAR)

“Şahin” hərbi idman oyunu keçirilib (+FOTOLAR)

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyunu, yeddi orqanın birgə qərarı əsasında keçirilir. Bu hərbi idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini, hərbi-idman oyunlarına cəlb etməklə məktəblilərin ordu sıralarına hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Bu məqsədlə Şəmkir şəhərində rayonun umumtəhsil orta məktəblərində 6 zona üzrə yarışlara start verilmişdir. İlk zona yarışı 06 mart 2018-ci il tarixdə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun şəhər zonası üzrə yarışı keçirilmişdir. Yarışda Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov, Şəmkir rayon Təhsil şöbəsinin müdir müavini Hafiz Pənahov, SHXÇDX-nin Şəmkir rayon şöbəsinin əməkdaşı Zakir Qurbanov, Şəmkir rayon Təhsil şöbəsinin hərbi metodisti Zülfüqar Abbasov, rayon hərbi müəllimləri, şəhər zonasının komandaları iştirak etmişdir. Hərbi idman oyununda rayonun 6 komandası yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif mərhələlərdən keçmişdir. Yekunda münsiflər heyyətinin qərarına əsasən, I yerə M.Füzuli adına Təbiət-təmayüllü liseyin komandası, 2-ci yer N.Nərimanov adına tam orta məktəbin komandası, 3-cü yer Pravda şəhər tam orta məktəbin komandası layiq görülmüşdür. Qeyd edək ki, M.Füzuli adına Təbiət-təmayüllü liseyin komandası 16 mart 2018-ci il tarixdə Şəmkir şəhərində “N” saylı hərbi hissədə keçiriləcək rayon birinciliyinə vəsiqə qazanmışdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !