Azercell satıldı... -

“Azercell” satıldı...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın telekommunikasiya operatoru “Azercell Telecom”un səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı bu gün müqavilə imzalayıb.

 

Oxu.Az xəbər verir ki, müqaviləyə əsasən, “AzInTelecom” MMC ümumi dəyəri 221,687,392.12 AVRO olan “Azercell” səhmlərin 51.3%-ni əldə edir.

 

“AzInTelecom” “Azercell” səhmlərinin nəzarət zərfini əldə etməklə mobil rabitə xidmətlərinin keyfiyyətini yüksəldəcək və yeni nəsil şəbəkə xidmətlərini tətbiq edəcəkdir.

 

Səhmlərin nəzarət zərfinin alınması Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətyönümlü inkişafını prioritet hədəf kimi müəyyən edən dövlət siyasətinə uyğun həyata keçirilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !