Leyla Əliyeva Dənizkənarı Milli Parkda açıq havada qurulmuş idman meydançasının rəsmi açılış mərasimində iştirak edib - (+FOTOLAR)

Leyla Əliyeva Dənizkənarı Milli Parkda açıq havada qurulmuş idman meydançasının rəsmi açılış mərasimində iştirak edib (+FOTOLAR)

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olub.

 

Leyla Əliyeva açılış mərasimində iştirak edib.

 

Leyla Əliyeva və mərasim iştirakçıları idman meydançasında yaradılan şəraitlə tanış olublar.

 

İdman meydançası IDEA İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının birgə həyata keçirdiyi “Street Workout” (küçə məşqi) layihəsi çərçivəsində qurulmuş ilk meydançadır. “Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, bu meydançada idmançılar və fiziki imkanları məhdud olan şəxslərin rahat məşq edə bilmələri üçün hər cür şərait yaradılıb.

 

Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları, şəhər ictimaiyyətinin nümayəndələri bu təşəbbüsü yüksək qiymətləndirib, bütün idmansevərlər adından Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək verməkdən ibarətdir.

 

Paytaxtımızın incisi olan Dənizkənarı Parkda şəhərimizin sakinlərinə və qonaqlarına xidmət edəcək bu idman meydançası dünyada getdikcə populyarlaşan və sürətlə inkişaf edən “Street Workout” idman növünün ölkəmizdə kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.

 

Gələcəkdə ölkəmizin digər yerlərində də müvafiq idman meydançalarının yaradılması nəzərdə tutulur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !