Şəmkirdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu - (+FOTOLAR)

Şəmkirdə “5 Mart Bədən Tərbiyəsi və İdman Günü” qeyd olundu (+FOTOLAR)

5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Şəmkir rayon Gənclər və İdman İdarəsində tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov müstəqillik illərində Ulu Öndər Heydər Əliyev tərəfində əsası qoyulmuş Dövlət İdman Siyasəti barədə geniş danışmışdır. Bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 29 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bu strukturun yaradılması müstəqil Azərbaycan Respublikasının İdman Siyasətinin təməli olmuşdur. 1997-ci ildə Milli Olimpiya Komitəsinin yaradılması və Komitəyə Cənab İlham Əliyevin Prezident seçilməsi dövlətin idmana və idmançılara verdiyi yüksək dəyərin bariz nümunəsi olmuşdur.

 

Qeyd etmişdir, 2003-cü ildən etibarən Azərbaycanda idmanın inkişafı keyfiyyətcə yeni müstəviyə keçmişdir. Hal-hazırda Respublikamızda 43 Olimpiya İdman Kompeksinin fəaliyyət göstərməsi görülən işlərin sübutudur. 2015-ci I Bakı Avropa Oyunları, 2016-ci il Dünya Şahmat Turniri və Formula I yarışları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyaya idman ölkəsi ilə tanıtmaqdadır.

 

Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin əməkdaşı Davud Süleymanov rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədovun səmimi salamlarını, təbrik sözlərini tədbir iştirakçılarına çatdırmışdır. Bildirmişdir ki, Şəmkir rayonunda Dövlət İdman Siyasətinin həyata keçirilməsi özünün yüksəliş dövrünü yaşamaqdadır.

 

Sonda Respublika yarışlarında və Ölkə Birinciliklərində fərqlənmiş idmançılar və onların məşqçi-müəllimləri diplom və hədiyyələrlə mükafatlandırılmışdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !