DOSSO DOSSİ TÜRK TOP MODELLƏRLƏ BAKIDA ŞOU GÖSTƏRDİ - (+FOTOLAR)

DOSSO DOSSİ TÜRK TOP MODELLƏRLƏ BAKIDA ŞOU GÖSTƏRDİ (+FOTOLAR)

Bakı – 5 mart 2018-ci il.Dünya səviyyəli məşhur top modellərin iştirakı ilə Türkiyənin ən böyük moda tədbirinə imzaatan Dosso Dossi Fashion Show ölkə xaricindəki ilk fəaliyyətini qardaş ölkə Azərbaycanda həyata keçirdi. Bu dəfə Türkiyənin ən məşhur manekenlərini heyətinə daxil edən Dosso Dossi Fashion Show Bakıda türkfırtınasıqopartdı.



Aralarında Çağla Şıkel, Özge Ulusoy, Wilma Elles, Şebnem Schaefer,Günay Museyeva, Merve Büyüksaraç, Tuba Melis Türk və EgeBegümYücetanın da olduğu manekenlərAzerbaycanın ən böyük sərgi mərkəzi olan EXPO Centerdə podyumaçıxdı. Xoreoqrafiyasını Öner Evezin hazırladığı dəfilədə türk dizaynerlərinin 2018 –ci il üzrə yaz-yay kolleksiyası nümayiş etdirildi. Azərbaycanla yanaşı ətraf ölkələrdən və Türkiyədən gələn qonaqlar dəfiləni böyük maraqlaizlədi.



Dəfilənin ardınca manekenlərlə birlikdə mətbuat konfransı təşkil edən Dosso Dossi Holding şirkətinin İcraçı Direktoru Hikmet Eraslan ölkə xaricindəki ilk moda şousunu qardaş Azərbaycanda həyata keçirdikləri üçün çox xoşbəxt olduqlarını bildirdi. Hikmet Eraslan öz çıxışında bildirmişdir: “Dosso Dossiyə xas dəfilə və konsertlər ilə Bakıda festival abu-havası yaratmışıq. Türk və Azərbaycan xalqı arasında bir çox ortaq cəhət var. Özümüzü evimizdəki kimi hiss edirik. “Bir millət, iki dövlət” devizi ilə Türkiyə ilə güclü əlaqələri olan Azərbaycanın modayla da xatırlanması üçün öz borcumuzu yerinə yetiririk. 1-3 mart tarixlərində Azərbaycanın beynəlxalq ən böyük moda tədbirini həyata keçirdik. İlk şoumuzdan sonra daha da böyük tədbirlərlə Azərbaycanda olmağı arzu edirik”.



Dəfiləyə qatılan türk modelləri isə qardaş ölkə Azərbaycanda olduqları üçün çox xoşbəxt olduqlarını qeyd etdilər. İlk dəfə Bakıya gəldiyini bildirən Çağla Şıkel “çox gözəl bir təşkilatçılıqdır. Ata tərəfim azərbaycanlıdır. Buradakı danışıqları eşitdiyim zaman həmişə nənəm yadıma düşür” deyə qeyd etdi.

 

ÖzgeUlusoy isə bildirmişdir ki, “belə bir gözəl tədbirdə sevdiyimiz dostlarımızla birlikdəyik. Bakı çox gözəl bir yerdir. Bizi çox sevirlər. Biz de onları çox sevirik” deyə qeyd etmişdir.

 

Dosso Dossi Fashion Show coşqusu moda şousu başa çatdıqdan sonra gecə də davam etdi. Bakının tanınmış əyləncə mərkəzi Enerji Club-da baş tutan əyləncə tədbirində həqiqi mənada musiqi ziyafəti verildi. Azərbaycanın məşhur müğənnisi Röya və Soso Pavliaşvilinin birlikdə konsert verdiyi əyləncə tədbiri rəngli görüntülərə səhnə oldu.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !