Türkiyənin top-modelləri Bakıda Dosso Dossi Fashion Show nun podiumuna çıxacaqlar -

Türkiyənin top-modelləri Bakıda “Dosso Dossi Fashion Show”nun podiumuna çıxacaqlar

Dünyada tanınmış top-modellərin iştirakı ilə Türkiyənin ən böyük moda proqramına imza atan “Dosso Dossi Fashion Show” xaricdə ilktədbirini qardaş ölkə sayılan Azərbaycanda həyata keçirəcək. Bu dəfə Türkiyənin ən məşhurmanekenləriniheyət tərkibinə daxil edən “Dosso Dossi Fashion Show”1-3 mart tarixlərində40 şirkətin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıdaböyük bir şouya imza atacaq.

 

Şou çərçivəsində martın 2-də həyata keçiriləcək moda nümayişində Çağla Şikel, Özge Ulusoy, Vilma Elles, Şebnem Sçefer, Günay Musayeva, Merve Büyüksaraç, Tuba Melis Türk və Ege Begüm Yücetan kimi modellər podiuma çıxacaqlar.Xoreoqrafiyasını Öner Evezin hazırlayacağı moda nümayişindətürk dizaynerlərin 2018 yaz-yay məhsulları nümayiş etdirəcək.

 

Azərbaycanın ən böyük sərgi məkanı olan “Baku Expo Center”də keçiriləcək moda nümayişindən sonra Bakının populyar əyləncə mərkəzi sayılan “Enerji Club”datəşkil ediləcək əyləncədə Azərbaycanın və Rusiyanın məşhur müğənniləri Röya və Soso Pavliaşvili konsert verəcəklər.

 

“Dosso Dossi” şirkətinin baş direktoru Hikmet Eraslan ilk ölkə xaricindəki şou qardaş ölkə Azərbaycanda təşkil edəcəkləri üçün xoşbəxt olduqlarını söyləyib: “Biz “Dosso Dossi”yə aidmoda nümayişi və konsertləri ilə Bakıda festival ab-havası əsdirəcəyik. Türk və Azərbaycan xalqları arasında bir çox ortaqcəhətlər var. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət– bir millət”konsepsiyasına öz töhfəsini verərək, Türkiyə iləAzərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmlədəcək. İlk şoumuzdan sonranümayişimizi Azərbaycanda təşkil etməyimizə olduqca şadıq”.

 

“Dosso Dossi” şirkətinin rəhbəri Hikmet Eraslan tərəfindən yaradılan və “original bir iş fikri” olaraqTürkiyədə Yüksək Şura tərəfindən dətəsdiq olunan“Dosso Dossi Fashion Show” ildə iki dəfə, dekabr vəiyun aylarında təşkil edilir. “Dosso Dossi Fashion Show” 2005-ci ildə 11 şirkət və 45 müştərinin iştirakı ilə başladı. Hazırda 150 şirkət və orta hesabla 5 min müştəriyə çatanfəaliyyətəsasən “Laleli”, “Merter”, “Osmanbey” və“Çağlayan” olmaqla trikotaj istehsalçılarını və müştərilərini Antalyada təşkil edilən sərgidə bir yerətoplayır.

 

Fəaliyyət əsnasında Rusiya başda olmaqla30ölkədən və 200 fərqli şəhərdən trikotaj müştəriləri Türkiyəyəgəlir. Trikotaj müştəriləri, özləri ilə birlikdə ailələri də gəldikləri Antalyada həm alış-veriş, həm dəbeşulduzluhotellərdə istirahət etmək imkanı əldə edirlər. Hər bir tədbirdə dünyada məşhur olan top-modellərin də çıxış edəcəyi və dünya miqyasında böyük səs gətirən moda nümayişləri keçirilir. Hazırda“Dosso Dossi Fashion” geniş auditoriyaya malikdir. “Dosso Dossi Fashion Show”nun 2017-ci iliniyun ayında Antalyada “Land Of Legends”əməkdaşlığındahəyata keçirəcəyi son şousu dünya miqyasında 420 milyon şəxs izlədi. “Dosso Dossi Fashion Show” dünya miqyasında “Victoria’s Secret”dən sonra ən çox səs gətirən moda şousuhalını alıb.

 

“Dosso Dossi Fashion Show”da indiyədək Adriana Lima, İzabel Fontana, Miranda Kerr, İrina Şeyk, İzabel Qular, Ana Beatriz Barros, Kendall Cenner, Lindsey Ellinqson və Erin Hiterton kimi modellərlə yanaşıRusiya kəşfiyyatının sabiq agenti, “Qırmızı agent” adı ilə tanınan teleaparıcı Anna Şapman da iştirak edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !