Insanlığa sığmayan vəhşiliyin Soyqırımı! - +FOTOLAR-VIDEO ( AZpressAZ - Minə Türksoy )

Insanlığa sığmayan vəhşiliyin Soyqırımı! +FOTOLAR-VIDEO ( AZpressAZ - Minə Türksoy )

İllərin ağrılı günlərini çiyinlərində daşıyan xalqım. Hər üzünə gülənə dost , hər evinə gələnə qardaş deyən yazıq millətim. Başına min oyun acılan günahsız torpağım.” Sən saydığını say , gör fələk nə sayır” deyib atalarımız. Lakin biz bu fələyin oyunlarından dərs almadıq ki, almadıq. Mənfurları evimizə , süfrəmizin başında oturtmaqdan doymadıq, usanmadıq. Biz onlara dost desək də onlar övladlarına bizi düşmən öyrətdilər. İllər öz sözünü dedi ancaq. Çörəyimizi yeyə-yeyə torpağımızı yedilər.Onlar bizə zərbələr vurdular , biz onlara dost dedik. Bu da dostluğumuzun son faciəsi.
Xocalı soyqırımı. 26 ilin yükü çiyinlərimizdə. Tarixin qanlı faciəsi.İnsanlığa son qoyulan vəhşilik. Dünya müharibələrində belə törədilməyən vəhşilik. Biz unutduqca unutduq.
AZpress.AZ İnformasiya Agentliyinin məlumatına əsasən bildirirk ki, Xocalı soyqrımının 26 cı il dönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Müharibənin dəhşətini, düşmənin vəhşiliyini məktəbli şagirdlərə aşılamaq üçün məllimlər əllərindən gələmi əsirgəmirlər. Çünki, keçmişini bilməyən xalqın gələcəyi də olmaz.
AMK-nın tərkibində Respublika İncəsənət Gimnaziyası elə tədris ocaqlarındandır ki, hər zaman şagirdlərin düzgün istiqamətdə inkişaf etdirilməsində böyük rol oynamışdır. Xocalı Soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbirlər davam edir. Beləki İncəasənət Gimnaziyasının 3 c sinif şagirdlərinin hazırladıqları Xocalı kompazisiyası təqdirə layiq hesab olunur. Nəzərinizə çatdırırıq ki, şagirdlərin azyaşlı olmasına baxmayaraq faciəni canlandırmaları onların, kiçik qəlblərinin kövrəkliyindən xəbər verirdi. Əlbətdə ki, burada müəllim əziyyətinin bəhrəsinin olduğunuda qeyd etməliyik. Sinif müəlliməsi Rüxsarə Fəttahovanın əziyyətini qeyd etməmək olmaz. Sonda məktəbin direktoru şagirdlərə vətəni sevməyi , onun bir parçasını belə düşməndə qoymamağı , təhsillərində uğurlu olmağı arzuladı. Qeyd edək ki, tədbirdə yuxarı sinif şagirdlərinin ifasında Qarabağ Şikəstəsi səsləndirilmişdir.

 


AZpress.AZ, Minə Türksoy

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !