Həsrət qaldım əlinə... - - Məzahir Süleymanzadə

Həsrət qaldım əlinə... - Məzahir Süleymanzadə

Həsrət qaldım əlinə,
Dalğalanan telinə...
Bir günahkar baxışla,
Desəm, məni bağışla...

 


Özümə güvənmişəm,
Göydən yerə enmişəm...
Sizə gəlsəm yoxuşla,
Desəm, məni bağışla...

 


Gör nələr çəkdiyimi...
Bir zaman əkdiyimi,
Silsəm kotanla, xışla,
Desəm, məni bağışla...

 


Gözüm baxışsız qalıb,
Baharsız, qışsız qalıb...
Ömrüm naxışsız qalıb,
Gəl, ömrümü naxışla,
Gülüm, məni bağışla!..

 

                                                                               

 

 

 

 

***

 

Gəl otur ağac altında,
Ağla gözlərin şişincə...
Əl uzatma, səbrin olsun,
Gözlə o yarpaq düşüncə...

 


O sən, bu mən - sarı yarpaq,
Ayaq altda qara torpaq...
Rəhmin gəlməsin yarpağa,
At getsin qara torpağa...

 


Külək də izləyir səni,
Bayaqdan gözləyir səni...
O, bir nalə qoparacaq,
Yarpağını aparacaq...

 


Ümidlərin saralacaq,
Saralacaq həsrətin də...
Ömür boyu qalacaqsan,
Sarı yarpaq həsrətində...

 

                                 

 

 

 

 

 

 ***

 

Ağır bir günümün günortasında,
Hörümçək torunun tən ortasında...
Mən yol axtarıram, bir çıxış yolu...
Sağım da, solum da adamla dolu...

 


Kiçik bir hörümçək dolayir məni...
Tikanlı dililə yalayır məni...
Elə rəqs eləyir, mahnı oxuyur,
Mən toru qırıram, o da toxuyur...

 


Bəs necə qurtulum mən bu qəzadan,
Heç kəsin üzünə baxa bilmirəm...
Nə məni görən var, nə əl uzadan,
Hələ ki, bu tordan çıxa bilmirəm...


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !