Şəmkir Gəncləri Keçili kəndində - (+FOTOLAR)

Şəmkir Gəncləri Keçili kəndində (+FOTOLAR)

"Böyük Yol" Gənclər İctimai Birliyinin özündə birləşdirdiyi birliklərdən olan "Gənc Həkimlər Birliyi" “Gənc
Tərbiyəçilər Birliyi”, YAP Şəmkir rayon Gənclər Birliyi və “Zəka” Gənclərin İntellektual İnkişaf və
Yaradıcılıq Mərkəzinin üzvləri 17 fevral 2018-ci il tarixində Şəmkir rayonunun Keçili kəndində silsilə
tədbirlər keçirmişdir.

 

"Gənc Tərbiyəçilər Birliyi"-nin üzvləri tərəfindən qruplarda həkimlik peşəsi haqqında məlumatlar
verilmiş, uşaqlarda həkim fobiyasının yenilməsinə çalışılmışdır.

 

Daha sonra həmin uşaqlar "Gənc Həkimlər Birliyi"nin üzvləri tərəfindən tibbi müayinədən keçirilmişdir.
Müayinə əsasında bir neçə uşaqda müəyyən xəstəliklər akşarlanmış və bağçanın tibb bacısına həmin
uşaqların qeydiyyata alınaraq valideynlərə məlumat verilməsi tapşırılmışdır.

 

Müayinədən sonra Gənc Tərbiyəçilər Birliyinin üzvləri tərəfindən uşaqlarla "əylənərək öynərək"devizi altında maraqlı oyunlar təşkil edilib. Uşaqlar birlik üzvləri ilə birgə nəğmələr səsləndiriblər.

 

"Böyük Yol" Gənclər İctimai Birliyi Şəmkir rayonunda həyata keçirilən dövlət gənclər siyasətindən,
rayonda gənclər üçün yaradılmış şəraitdən, könüllülük prinspləri və bunun uğurlu nəticələri haqqında
gənclərə ətraflı məlumat vermişdir.
Sonda “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri Gənclər Mərkəzinin fəaliyyət
istiqamətləri haqqında geniş məlumat vermiş, Mərkəzdə fəaliyyət göstərən dil və kompyuter kursları,
yaradıcılıq dərkənləri haqqında ətraflı məlumat vermişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !