EY ADAM - - Şirinxanım Kərimbəyli ŞADİMAN

EY ADAM - Şirinxanım Kərimbəyli ŞADİMAN

EY ADAM

 

İnsanlıqdan çıxana eyləmə ülfət, ey adam,
Verər ruhuna sənin sağlamaz illət, ey adam.

 

Hər kəsin beyninə çatmaz eləsin yaxşılığı,
Ağılın ziyasıdı edə mərifət, ey adam.

 

Çox mənəm deyənlərin təpəsi yerə çaxılıb,
Şərə eşq edənləri tapacaq zillət, ey adam.

 

Heç kəsə vəfasını etmədi inkar Yaradan,
Eyləmə Tanrı verən ömrünü alət, ey adam.

 

Ruhumuz kainatın zərrədə can işığıdı,
İşığa səcdəni qıl, etmə rəzalət, ey adam.

 

Yer də öz ömrünü tamam edəcək, yox əbədi,
Nəfsini Tanrı sanıb etmə ibadət, ey adam...

 

Vermə gəl şərə rəvac, kəsmə ədalət yolunu,
Salar gec-tez ayağa bil səni millət , ey adam.

 

Şadimanı qınama şərə çəkir sözlə qılınc...
Edə bilməz, çünki o, haqqa xəyanət, ey adam.

 

14.02.2018
Şirinxanım Kərimbəyli ŞADİMAN

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !