Bakı Şəhər Halqası yarışın könüllülərini qeyri-adi formada təbrik edib -

Bakı Şəhər Halqası yarışın könüllülərini qeyri-adi formada təbrik edib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “2 fevral – Gənclər günü” münasibətilə dənizkənarı bulvarda “Yeddi gözəl” fəvvarəsinin qarşısında Formula 1 Azərbaycan Qran Prisinin könüllülərinin şərəfinə yeni instalyasiya quraşdırıb.

 

Açılışı əlamətdar gündə baş tutan instalyasiyada ingilis dilində “Biz Formula 1 Bakı könüllülərini sevirik!” (We love #F1BakuVolunteers) yazısı əks olunub.

 

Açılış mərasimində 2018 Formula 1 Azərbaycan Qran Prisinin könüllüləri ilə yanaşı onları yarışa hazırlayan BŞH-nin İşçi Qüvvəsi komandası iştirak edib.

 

Könüllülərə həsr olunmuş bu instalyasiyanın dənizkənarı bulvarı ziyarət edən turistlərin, o cümlədən Formula 1 azarkeşlərinin qarşısında ən çox şəkil çəkdiyi əsas instalyasiyalardan birinə çevriləcəyi gözlənilir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !