Qara Qarayevin 100 illiyinə həsr olunmuş - "Qoyya" baleti... - + FOTO (AZpress.AZ – Minə Türksoy, Rüstəm İsmayılov)

Qara Qarayevin 100 illiyinə həsr olunmuş - "Qoyya" baleti... + FOTO (AZpress.AZ – Minə Türksoy, Rüstəm İsmayılov)

Qara Qarayevin 100 illiyinə həsr olunmuş - "Qoyya" baleti

Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində!

 

AZpress.AZ Xəbər saytının verdiyi xəbərə əsasən bildiririk ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında "Qoyya" baletinə quruluş verilmişdir.

 

AZpress.AZ bildirir ki, 2018-ci il fevralın 3-də Opera və Blet teatrında Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Qoya”baletinin Premyera tamaşası baş tutmuşdur.Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyətlə bu işi həyata keçirmişlər.

 

 

Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq "Dance Opera" balet festivalın bədii rəhbəri, YUNESKO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevin quruluş verdiyi tamaşalar hazırda dünyanın qabaqcıl opera və balet teatrlarının səhnələrində böyük uğurla nümayiş olunur. Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

 

Nəzərinizə çatdırırıq ki, tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Nigar İbrahimova və Makar Ferştandt, aparıcı solistlər Anar Mikayılov və Cəmilə Kərimova ifa etmişlər.

 

Qeyd edək ki, tamaşanı izləyənlər arasında Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev və bir çox rəsmilər, mədəniyyət işçiləri əcnəbi qonaqlar iştirak etmişlər.


AZpress.AZ ,Minə Türksoy. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !