Kuklaya nəfəs verən möcüzə! - +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Kuklaya nəfəs verən möcüzə! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Bu günkü müsahibimiz bəlkə də çoxunuza tanış, bir çoxlarınıza isə tanış gəlməyəcək. Öz fikrimcə mən bu insana cansız kuklalara nəfəs verən möcüzə adlandırmağı üstün bildim. Doğrudur ən böyük möcüzələri Allah yaradıb . Onlardan da ən alisi biz insanlarıq. Lakin unutmayaq ki, biz möcüzələr də öz gücümüzün, ixtiyarımızın çatdığı qədər möcüzələr yarada bilirik. Bunun üçün Allah bizə ağıl, dərrakə və ən əsası bunları yaradacaq istedad vermişdir. Bu gün ki, möcüzəli qonağımız isə Azərbaycan Dövlət Kukla teatrının baş rəssamı İqbal Əliyevdir.

 

İqbal bəy salam doğrudur biz sizi tanıyırıq amma siz yenə də özünüzü izləyicilərimizə tanıdın.

 

-Salam .


-Mən İqbal Əliyev hal –hazırda Kukla teatrının baş rəssamı və Respublikanın Fəxri Mədəniyyət işçisi, teatrda işləməklə ən əsası da uşaqlarla işləməkdən böyük həyat sevinci tapan insanlardanam.

 

Necə oldu ki, məhz Kukla teatrını seçdiniz?

 

-Açığı o zamanlar mən Universitetin ikinci kursunda oxuyurdum. Ağlıma da gəlməzdi ki , Kukla teatrında işləyərəm. Mən əvvəl birinci kursun ikinci semestrindən qəzetlərdə məqalələrimi dərc edirdim yazılarım çıxırdı qəzetlərdə. İncəsənət Universitetinin ədəbi yazı ekran dramaturgiyası fakültəsində təhsil alırdım. İkinci kursda idim , bizdə təhsil alan qızlar var idi. Universitetin kafesində söhbət edirdilər ki, Kukla Teatrına müsabiqə var. Bəlkə gedək özümüzü bu istiqamətdə sınayaq. Məndə qoşuldum onlara gəldim Kukla teatrına. Müsabiqəyə qoşulan 16 nəfərdən 3 nəfər seçildi, onlardan biri də mən idim. Seçilmişdim inanın hələ də anlamırdım Kukla teatrının necə bir aləm olduğunu. Sonra məşqlər, güzgülü otaqlarda hazırlıq , səhnədə kuklalarla işdən sonra ora mənim üçün daha maraqlı gəlirdi. Kənardan nə qədər kiçik, bəsit görsənsədə də Kukla teatrı tamam başqa bir dünyadır. Ümumiyyətlə hər zaman deyirlər ki, teatr bir bataqlıqdı, ora düşdünsə çıxmaq qeyri mümkündür. Həqiqətən də ordan qat-qat məvacibi, gəliri olan yerlər var idi ki, mən dəvət alsam da teatrdan heç vaxt uzaqlaşıb gedə bilmərəm.Bir il müddətində mən orada aktyor kimi çalışdım , artıq öyrənmişdilər ki, əl qabiliyyətim var, Nə isə çəkə bilirəm . nə isə düzəldə bilirəm və mənə tamaşa təklif olundu ki, bir tamaşa işləyək.”Sizin saat “ şou tamaşa. Mən artıq o tamaşa quruluş verdim və tanınmış simalardan ibarət kuklarlar hazırladım, Aygün Kazımova , Röya, Faiq Ağayev , İlhamə Quliyeva və bir çox sənət nümayəndələrinin kuklalarını düzəltdik. Tamaşa çox Yüksək səviyyədə qarşılandı və o zamankı direktorumuz Rəhman Quliyev fikirləşdi ki, gəlin İqbalı həm aktyor həmdə rəssam kimi təqdim edək. Artıq o zamandan mənə yavaş yavaş tamaşalar verməyə başladılar. Bir müddət keçdi mən bir maşın qəzası keçirtdim. Hardasa bir iki il mən heç bir yerdə işləyə bilmədim, ondan sonra Gənc tamaşaçılar teatrından dəvət gəldi və mən orada rəssam kimi işləməyə başladım . İki il orada işləyəndən sonra Kukla teatrının hazırki direktoru Rəşad Əhmədzadə təkilf etdi ki, Kukla teatrına qayıdım, İnanırsız məni baş rəssam kimi işə götürmək istəyirlər. Açığı çəkindim. Rəssamlıq təhsili olmayan biri kimi mənə çətin gəlirdi. Ancaq gəldim teatıra oturduq söhbət etdik. Çox sağ olsun Rəşad müəllimi ki, məndə özünə inamı yaratdı və mən təklifi qəbul edib işləməyə başladım. Əlbətdə ki, öncə sənədlərim getdi nazirliyə araşdırdılar baxdılar və məni üç il öncə Kukla teatrına baş rəssam təyin etdilər. Tamaşalarda da oynuyurdum. Lakin iş prosesinin ağır olduğundan artəq tamaşalarda oynaya bilmirəm. Yalnız rəssam kimi fəaliyyət göstərirəm. Qeyd edim ki, filmlərə də dəvət alıram quruluşçu rəssam kimi. 10 filmin 3 serialın quruluşçu rəssamı kimi çalışmışam. Hazırda bir birindən ağır həm tamaşalar, proqramlar həm də novruz tədbirimiz gəlir qarşıdan. Doğrudur hər nə qədər ağır olsada , mən özü özü ilə söhbət edən insanam. Olur ki, axşamlar fikirləşirəm bir ay vaxt qalıb bu müddət ərzində görəsən işləri çatdırmaq olarmı? Qorxduğum bir şey olub hər zaman ki, dediyim işi vaxtında yerinə yetirə bilməmək. Lakin işin ağırlığından aslı olmayaraq gecədə olsa işi yerinə yetirib çatdırıram.

 

Sizin üçün insanlarla anlaşmaq rahatdır ya kuklalarla? Yəni kuklaları başa salmaq rahatdı ya insanları?

 

-( gülümsəyir) Bilirsiz bəzən elə olur ki, kuklaları başa salmaq insanları başa salmaqdan daha asandır. Bir şey var ki, İnsanlarla dil tapan insan, kuklalarla daha tez dil tapacaq. Kukla kənardan nə qədər cansız görünsə belə , ona da gərək sevgiylə başa salasan. Umiyyətlə həyatda belə şey var ki, insanı belə başa salmaq lazımdırsa ona heç vaxt kobuduqla başa sala bilməyəcəksən. O dur ki, gərək sevgi göstərəsən ki, istədiyinji əldə edə biləsən.

 

Uşaqlıqdan bəri baxdığımız Burotino filmi var . Yəni sizə də elə gəlmir ki, Buratino kimi bir gün hazırladığınız kukla canlana bilər?

 

-Bilirsiz mən əvvəllər işə düzələndə teatra onda universitetdə oxuyurdum gülməli olsada mənə elə gəlirdi ki, gecələr kuklalar bir biri ilə danışır. İnanın həqiqətən o hissi keçirirdim. Bilirsiz niyə bizdə kukla sexi var sırf kuklaların saxlandığı məkan. Bir gün inşAllah sizi dəvət edərəm gələrsiz çəkiliş edərsiz , orada o qədər kukla var yan yana düzülüblər .Diqqətlə baxanda elə bilirsən hamısı bir biri ilə söhbət edir. Sanki onların öz dünyası var və bir biri ilə bu haqda danışırlar. Bir şey var əgər o kuklanı sən canlı kimi qəbul edib hiss etməsən , onun üzərində canlı kimi işləməsən o obraz heç vaxt alınmayacaq.Belə deyək də o kuklalar hamısı bizim övladımızdı. O kuklanın üzərində sevgi ilə , hiss ilə işləməsən həqiqətən bu obrazları alındırmaq mümkün deyil. Həttda belə olur ki, ən pis obrazı belə sevgi ilə işləyəndə onlar canlanır. Umumiyyətlə dünyanın bir çox ölkələrində Kukla teatrının aktyoru özü kukla rəssamı olmalıdır. Çünki Kukla aktyoru Kukla rəssamı olmalıdır. İnsan özü düzəltdiyini daha tez qavrıyır və onu tamaşaçısına ötürə bilir.

 

İlk oynadığınız rol hansı rol olub?

 

-Səhnədə ilk oynadığım rol mənim ilk işim olan “Sizin saat “ şou tamaşasında maryanetkalar idi orda ipli , rəqqaslar var idi, barmaqlarla bərabər cigitllər rəqsi var idi ki, ən çətini o idi. Bilirsniz ki, teatra ilk gələndə bir var kütləvi rollar verirlər, bizdə əl rolları deyirlər yəni köməkçi rollar. Orda ilk rolumuz Əllədin tamaşasında dəvə rolu olub ( gülür) . Dəvənin baş hissəsi idi. Bir iki nəfər girirdik içinə və səhnəyə çıxırdıq. İndi özümə gülməli gəlir. Bu dəvənin içinə girmişik , üzümüzü görən yox , söz yox ki , deyək niyə o qədər həyəcanlanırdıq bilmirəm. Dəvə geyimində inanın ki, ayaqlarımız necə əsirdi.

 

Sizcə bu məsuliyyətdən irəli gəlmir?

 

-Bəli əlbətdə ki, məsuliyyətdən irəli gəlir. Hətda bizə teatrda deyirlər ki, belə məsuliyyət gələcəkdə sizin yaxşı aktyor olmağınızın zəmanətidir. Bunlarda hamısı məsuliyyətdən irəli gəlir. Bir var yola verirsən ki, roldu oynadım bitdi, bir də var işinə məsuliyyətli yanaşmaq o tamam başqa şeydi. Elementar bir şeyi xatırladım ki, dəvə geyimində səhnəyə çıxırdıq , onun kimi yerimək , oturmaq inan ki, necə həyəcanlanırdıq. Elə ki, əyləşirdik arxadakı aktyora dönüb deyirdim ki , işimizi yerinə yetirdik biz.

 

Mən heç vaxt bu ifadə ilə razılaşmamışam yəni kimsə kiminsə davamçısıdır.Mənim aləmimdə heç kim heç kimin davamçısı deyil.

 

-Bəli bu fikirlə tam razıyam. Umimiyyətlə həyatda heç kim heç kimin davamçısı deyil, heç kim heç kimi təkrar etmir. Ola bilər kimdənsə dərs ala bilərsən , kimsə müəllim ola bilər . Ancaq bu o demək deyil ki, sən bu insanın davamçısıdır.

 

Siz kimi özünüzə müəllim hesab edirsiniz, kimə görə bu sənətə yiyələnmisiniz.?

 

-Bir şeyi vurğulayım ki, kiminsə davamçısı olmaq , kiməsə oxşamaq bu düzgün bir fikir deyil mən bunu alın açıqlığı ilə deyirəm ki, mən kiməsə baxıb ilhamlanmamışam. Sadəcə mən hansısa bir kuklaya həvəs göstərmişəmsə və hal hazırda kukla rəssamı kimi deyirəm hansısa kuklanı düzəltmək istəmişəmsə mən tamaşalara artıq yarasız sayılan kuklaları götürmüşəm baxmışam və özüm nəisə öyrənməyə araşdırmağa başlamışam və istədiyimə nail olmuşam. Bunu mənə heç kim öyrətməyib. Hal Hazırda Kukla teatrıda var , mən də varam yəni çəkinmədən deyirəm ki, bunu mənə heç kim deməyib ki, bu belə hazırlanır və yadda bunun içində bu materiallar var. Yrarsız halda olan Kuklaları açıb baxırdım ki, bunu hansı mexzanizmlə birləşdiriblər , necə olub ki ağzı açılır və sairə. Bu gün kuklanın o texnalogiyalarının hamısını mən bilirəm. Bir neçə kukla da getirmişik indi sizə də müsahibə əsnasında göstərəcəm. İpli Kuklalardan tutmuş troslu,parket kuklalardan tutmuş bütün növ kuklaların texnalogiyasını bilirəm. Bu da mənim öz əziyyətimin sayəsində başa gəlib. Sadəcə mən təşəkkür etdiyim insanlar var ki, mənə o şəraiti yaradıblar.

 

İlk qastrola getdiyiniz ölkə, siz də yaranan təəsurat.

 

-Ümumiyyətlə teatr adamlarının ən sevimli zamanıdır qastrollar. İlk dəfə 2008 –ci ildə mən iki ölkəyə ardarda qastrol səfəri etmişəm. Birinci Finləndiya ikinci isə Həştərxana. Bizim “Nağıllar aləmi” tamaşamız var idi. İlk dəfə orda sənin dilini bilməyən, sənin heç bir şeyinlə tanış olmayan tamaşaçının ağlatmağının nə olduğunu mən gördüm. O qədər qürur verici hiss idi ki, elə bir fraqment Kəlağayılarla 7 gözəlin rəqsi var idi tamaşanın finalında .Orda yunan, fin qadınlarına necə təsir etmişdisə ağlayırdılar və çıxan hamısı bizi qucaqlayırdı. O tamaşada mənim Ukrayna rəqsim var idi. Kuklanın 40 kq ağırlığı var idi. İki kukla bir tərəfimdə rüqzaq formasında geyinirdim o kuklanı . Başlarıda pujinli idi , mənimlə bərabər hərəkət edirdilər. Mən hansı tərəfə hərəkət etsəm onlarda edirdilər. Oturmaq qalxmaq hamısı bir yerdə olurdu. O tamaşanın o hissəsijndən sonra məm çıxıb nə qədər nəfəs alırdım ki, özümə gəlim.

 

Kukla sənətinin müəllimi kimi siz hər hansı bir məktəb açmaq öyrətmək belə bir şeylər düşünürsünüzmü?

 

-Məktəb açmaq deyəndə o bir az yaralı yerimdir. Çox təəssüflər olsun ki, mən hər zaman deyirəm Dövlət Kukla teatrı olan bir ölkədə heç bir universitetimizdə kukla sənətini öyrənən fakültə yoxdur. Maraqlıdır ki, Kukla sənəti yoxdusa kim hardan nə öyrənib gələcək , kim yetişdırəcək. Təbii ki yetişmək teatrda olur ancaq teatra qədər də anlayış olmalıdır. Biz də insanlar var ki, musiqili teatr fakültəsini bitirib gəlib bizdə işləyirlər. Ancaq mən çox istəyərdim ki, Azərbaycan Dövlət və Mədəniyyət Universitetində Kukla sənəti fakültəsi olsun.

 

Ümumiyyətlə özünüzə şəxsi məktəb açmaq istəməzsiniz?

 

-Hal- hazırda mənim belə deyək kiçik studiyam var . Təbii ki, orada dekorativ işlər , kukla işləri görürük. Belə deyək ki, bu sənətlə maraqlananlar olub və gəlirlər. Açığı deyim pul da qazanmaq olur bu işdən. Bilirik ki, teatrın maaşı azdır onunla şəhər yerində ailə saxlamaq olmur, çətindir. Şükür öz işimizlə qazanırıq , amma məcburuq ki, əlavə işlər götürək və bunula bağlı mən gələn uşaqlara vurğulamışam ki, baxın öyrənin mən özümdə baxıb öyrənmişəm. Elə bir şeylər olar ki, onu mən sizdən öyrənirəm. O qədər ağıllı fikiri olan uşaqlar olur ki, mən məhz hər hansısa hissəni sizdən öyrənə bilərəm. Məsələn xarici qastrollara gedəndə mənim ən birinci getdiyim yer həmin o kuklaların düzəldiyi məkanlar olur. Belə desək teatrın özünün mətbəxi olur ki, necə olur , harda düzəlir. Çox təəssüflər olsun ki, bu gün teatrların bior çoxunda qatrol zamanı insalar qaçır mağazalara və ya nəsə alım harasa baxım. İlk öncə o teatrın özü ilə maraqlanmaq lazımdır ki, ordan mən nə öyrənə bilərəm. Bir şeyi də fikirləşirəm ki, bizdə indi yaxşı rəssamlarımızda var və hər şey yaxşılığa doğru inkişaf edəcək.

 

Azərbaycanda tanıdığınız daha peşəkar kukla rəssamları var?

 

-Mən kukla teatrına aktyor kimi gələndə rəssam kimi işləməyə başlayanda teatrın baş rəssamı Lətifə xanım Quluzadə idi. Lətifə xanım həm gözəl xanım ,həm işini bilən rəssamdır. Yəni nankorluq olar mən deyim ki, Lətifə xanımdan nələrsə öyrənməmişəm. Baxırdım , nələrsə öyrənirdim, mən demirəm Lətifə xanım nəyi isə öyrətməli idi , xeyr. Öyrənmək istəyən adama demək lazım deyil, baxmalısan fırçanı necə tutur, rəngləməyə hansı hissədən başlayır hamısına fikir verməlisən. Ö həvəs səndə varsa özün diqqət yetirməlisən.Lətifə xanımdan başqa Solmaz haqverdiyeva, Solmaz Musayeva bunlar sırf kukla rəssamıdırlar ki, onların işləri Muzey Mərkəzində qorunub saxlanılır. Lətifə xanım hal-hazırda təqaüdə çıxıb ancaq məsləhətinə hər zaman ehtiyac duyduğumuz sənətkarlardadır. Respublikanın əməkdar rəssamıdır. Mən sevinirəm ki, belə bir insanı tanımışam.

 

Hazırladığınız kuklaların sərgisini etmək istəyirsiniz?

 

Çox böyük arzumdur bu sərgini etmək, ancaq xırda bir şey etmək istəmirəm . Edəcəmsə ən yüksək səviyyədə bunu təşkil edərəm. Mənim maraqlı bir fikrim var və nə zaman olsa bu fikrimi həyata keçirdəcəm. Bir layihəm var ki, bunuda burda ilk dəfə olaraq sizə açıqlayıram. Azərbaycanda tarixin qadın şəxsiyyətləri. İnsan boyunda edəcəm sadəcə niyə tez bazar etmək istəmirəm , Bilirik ki, hal hazırda Dünyada var Madam Tussonun heykəlləri . Doğrudur o səviyyədə eləmək gücümüz var, bir şey var ki, maliyyə baxımından hələ ki , gücümüz buna çatmır. Doğrudur hazırladığız kuklaların bir neçə hissəsi düzəlib artıq sadəcə olaraq qarşıda bizim qastrollarımız və Novruz tədbirlərimiz var. Amma çalışacam ki, onu edəm.

 

Xaricdən təklif gəlsə yüksək bir məbləqdə İqbal vətəni tərk edərmi?

 

Xeyr.! Gəlibdə . 5 il öncə Türkiyədən təklif gəldi. Bələdiyyə teatrının Çoçuk teatrosundan. Sadəcə şərtləri var idi ki, Türk dilini təmiz bilməli idik, bütün tamaşalar türk dilində gedir, 5 illik müqaviləyə əsasən saxlayırıq , İstədiyiniz şəraiti yaradırıq. 5 nəfər idik. İstənilən şou proqramlara çıxardacayıq. Onların çox xoşlarına gəlmişdi ki, tanınmış adamların porodiyaları var idi kuklalarla.Hətda ən birinci parodiya etmək istədikləri Bülənt Ərsoy olmuşdu. Sadəcə mən ailəyə, vətənə bağlı olduğumdan bu təklifi qəbul etmədim.

 

İlk hazırladığınız kukla hansı kukla olub?

 

Mənim İlk işim ən çətin olan maryanetka kukla olub . Kukla növünün ən klassik növüdür. Ən çətin kukla növüdür.Birdən birə ondan başlamaq portret kuklalardan ibarət uşaq kuklalarından başlamaq çətin idi. Bizim saat şou tamaşasında hazırlamışdım. Məncə alındı. Hətda bir neçə tanınmış sima öz kuklasının olunmasını da istəmişdi.

 

Sonda səmimiyyətinizə görə sizə təşəkkür edirik. Təklifimizi qəbul etdiniz, işinizin bu qədər çox olduğu vaxtda bizə vaxt ayırdınız.

 

Mən təşəkkür edirəm dəvət etdiniz. Həqiqətən diqqətiniz üçün ki, kukla sənətinə bu gün belə diqqət edirsiniz.Telekanallarımız tez tez dəvət edirlər . Hamınıza minnətdaram ki, bizi xalqımıza daha yaxından tanıdırsınız. Sonda bir sözü də demək istəyirəm ki, Kukla teatrında çalışdığım bu illər ərzində mənə dəstək olan teatrımızn direktoru Rəşad Əhmədzadənin əməyi olduqca böyükdür. Mənim məhz bu nöqtəyə çatmağımda onun əziyyətinin danılmaz olduğunu vurğulamaq istəyirəm. Bir insanın hansısa zirvəyə çatması üçün mütləq ona inanan , güvənən insanların olması vacibdir.

 

Azpress.Az, Minə Türksoy.

Ardı var!!!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !