"Ögey ailə" - - Şəhidlər Xiyabanı ... + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

"Ögey ailə" - Şəhidlər Xiyabanı ... + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Yazımı 20 yanvar şəhidlərinə həsr edirəm.
Aylardı paytaxtdayam Qibləm , Ziyarətgahım Şəhidlər Xiyabanıdı .Niyə ???
Niyəsini bilmirəm desəm yalan demiş olaram. Amma anlatmam həm çox uzun , həm də çoxlarına maraqsız olar deyə kimsəni yormaq istəmirəm.
Qısa bir səbəbin deyəcəm . Bəlkə də gözü yolda çox olmuşam . Ziyarət edilməyi ,heç kimdən heç nə ummadan , sadəcə yada salınmağı çox istədiyimdən gözü yolda qalanları , ziyarət edilmələrini gözlədiklərini bildiyimdən Şəhidlər Xiyabanı ziarətgahıma çevrilib .
Məncə Bakıda bütün yollar ordan keçməli . Hətta ora bir işiqfor ya da süni maneələr { yəni trampilin } də qoyulmalıdı . Insanlar getdikləri səmtdən asılı olmayaraq gözləri ilə də olsa bir anlıq oranı ziyarət etməlidilər .
Dünən yenə onların qonağı idim . 2- gün öncə tədbirlə ələqadar orda olsam da, görüşəcəyim dost ora getməyimizi təklif etdi . Mən də heç yox deyərəmmi . Pilləkənləri qalxaraq getdik .
Və əlbəttə məşəlin yanından daxil olduq Xiyabana ...
Kaş ki , dostuma - mən burdaydım iki gün əvvəl deyib getməyəydim , görməyəydim gördüyümü ...
2 gün əvvəl , günorta saatlarında yox idi 20 yanvar şəhidlərinin məzarında qərənfillər . Ya mən xiyabandan çıxandan sonra , günorta saat 3 -4 dən sonra ziyarətə gələnlər olmuşdu , ya dünən ya da elə bu gün .
Ilhamla Fərizənin məzarının üstündəki topa qərənfilləri götürəndə , düzü oraların təmizliyinə baxan qadının nə etmək istəməsinə anlam verə bilmədim . Bizdən öndəki uşaqlı 2- qadın da o xalaya baxırdı .
Xala gözünə döndüyüm , məzar daşının üstündən qərənfilləri götürdüyü kimi də əlindəki zibil meşokuna atanda elə bil ayıldıq . Dostum , xala niyə belə edirsən soruşanda ...
20- Yanvar gəlir a bala , onlar deyiblər biz də yığışdırırıq deyə-deyə məzarların üstündəki qərənfilləri götürüb meşoka atdı . Özümüzü xalaya çatırdiq , qərənfilləri zibil meşokundan çıxartdım . Və başladım düzməyə . Xala da boğazının güclü yerinə salıb - " Bu şəhidlərin daşı yeni qoyulub axı a bala . Daşın üstündə ləkə olarsa bizi cəzalandıracaqlar . Bala bir dəfə Ilhamın qardaşı məzarın üstündə gəlib ləkə görüb . O gedib şikayət edəndən sonra , Hacıbala müəllim də qoyulan qərənfillər həmən götürülsün əmrin verib " deyirdi .

 

Qərənfilləri düzüb xalaya yaxınlaşdım -siz də hər məzarın üstünü təmizləmək çətin olduğundan , işin asanına gedirsiz dedim. Xala and-aman elədi ki , Hacıbala müəllimin əmridi ..
Xalaya ad -soyadımı dedim . Ona - birdən sizi incidərlər , bu gülləri kim düzüb soruşana , mənim adımın verməsini dedim .
Bakıda yaşayıb Şəhidlər Xiyabanına ziyarətə getməyən o qədər insan tanıyıram .
Bəs şəhərimizə qonaq gələn xaricilərin , qansalar da qanmasalar da gəldikləri yer bura olduğunu bilirik . Yaxşı , onun gətirdiyi gülü , o gedib məşələ çatıb qayıdanda bir xalanın zibil meşokuna atdığını görərsə sizcə nə fikirləşər ???? Ya da kimsə heç özü gətirməyib o gülü . Mən şahid olduğum mənzərəni görsələr nə fikirləşərlər !???
Yaxşı , razılaşıram ...
Qərənfillərin ləkəsi , göz qabağında və xarici qonaqların ziyarət etdiyi məkan olduğu üçün bahalı mərmərdən olan 20 yanvar şəhidlərinin məzar daşlarına iz salır .!!!!
O əcnəbinin biri Allah göstərməsin karıxar , xiyabanın Qarabağ şəhidləri dəfn olunan hissəsini tapar !!!!! O məzarlara tərəf enərsə , orda rəngi solmuş köhnə məzar daşları , adlar oxunmayacaq qədər də solan , artıq hamsının da uçma təhlükəsi olduğu şəhid məzar daşlarını da heç demirəmhaaaa ...
Zeytun ağacından tökülən qara zeytunların ləkəsini , o xaricinin görməsi niyə kimisə narahat etmir ... ??????
Bu arada , o xaricilərdən biri də oldu mənim kimi dəlinin biri . Fikirləşməz ki , bayaq qarşısından keçdiyim şəhidlər 1900- cı ildə şəhid olublar , bunlarsa 1992- dən bu yana ...
Söyülən , o "keyfiyyətsiz" daşmı olacaq başmı da orasın boynunun arxasın qaşıyanlar bilər ...

Dünyada 300 Vətənimizdə isə 26 növü olan , 20 yanvar 1990 cı ildən bu yana şəhid evinin "bəzəyinə" çevrilmiş Qərənfillərin günahı nədi ...?????!!!
O qərənfillər , zibil qabına deyil də məzarların kənarına qoyulsaydı məni bir o qədər yandırmazdı .
Bilirsiniz ən acısı nədi ???
Torpağın altına gedən o canların qədirinin , o soyuq daşlar qədər əziz tutulmaması ...
Bilirsiz nəyə oxşadıram Şəhidlər Xiyabanımızı ???
Bir ailəyə , amma soruşsanız necə bir ailə !!???
- Anası ölmüş 4 yetimə , ata 4 yetimli cici ana gətirib ...
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !