Musiqili Teatrın aktyorları Musiqi Mədəniyyəti Muzeyində çıxış etdi - (+FOTO)

Musiqili Teatrın aktyorları Musiqi Mədəniyyəti Muzeyində çıxış etdi (+FOTO)

Azərbaycan Dövlət Musiqili Teatrının istedadlı solistləri yanvar ayının 25-
də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq
məktəbinin 110 illiyinə həsr edilmiş tədbirdə fəal iştirak ediblər. Əməkdar artist
Səidə Şərifəliyeva, Eleanora Mustafayeva, Əliməmməd Novruzov, Aydan
Həsənova, Əmrah Dadaşov, Səməd Xasıyev, Şaban Cəfərov, Atəş Qarayev
mükəmməl ifaları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş ediblər. Teatrın
solistləri tamaşaçılara istedadlı konsertmeyster Fidan Babayevanın müşayiəti ilə
görkəmli bəstəkarların - Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Səid
Rüstəmov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Oqtay Kazımi, Faiq Sücəddinov və
gənc bəstəkar Firudin Allahverdinin əsərlərini təqdim ediblər.
Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi İbayev və başqa
musiqili qonaqların da iştirak etdiyi tədbirdə Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Əməkdar
İncəsənət Xadimi Nərgiz Şəfiyeva və digər incəsənət xadimləri çıxış edərək
bəstəkarlıq məktəbinin 110 il ərzində keçdiyi peşəkar inkişaf tarixindən geniş və
ətraflı söhbət açıblar. Daha sonra musiqili gecənin qonaqları Azərbaycanın
proffesional bəstəkarlıq məktəbinin kəşməkəşli və şərəfli tarixini əks etdirən video
çarxa baxıblar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !