Türkiyəli aktrisa öz şəxsi İnstaqram səhifəsində Musiqili Teatr haqqında yazdı... -

Türkiyəli aktrisa öz şəxsi “İnstaqram” səhifəsində Musiqili Teatr haqqında yazdı...

Qurumun Mətbuat xidmətindən bildirilib ki, Türkiyənin tanınmış aktrisası, “Eşkiya dünyaya hükümdar olmaz” serialının Əminəsi Sevil Aki bu yaxınlarda Musiqili Teatrın səhnəsində çəkdirdiyi videoları “İnstaqram” hesabında çoxsaylı izləyiciləri ilə paylaşıb. İstedadlı aktrisa ilk dəfə 2002-ci ildə səhnəsinə çıxdığı Azərbaycan Dövlət Musiqili Teatrının nəfis memarlıq üslubunda yenidən qurulmuş binası haqqında xoş təəssüratlarını bildirib. İllər sonra yenidən Musiqili Teatrda olduğunun sevincini yaşayan aktrisa özünü burada rahat hiss etdiyini vurğulayıb və “hər replikanın lojalardan aslı qaldığı sirrli bir teatr... sənətin birləşdirici gücü.... həyat sənət, barış dolu olsun” sözlərini yazıb.
Məşhur aktrisa Azərbaycan Dövlət Musiqili Teatrına Əməkdar artist Məlahət Abbasovanın müşaiyəti ilə gəlmişdir. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılmış, bir sıra yaradıcı təkliflər səsləndirilmişdir. Teatrın inzibati binası ilə yaxından tanış olan qonaqlara Musiqili Teatrın tarixi, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şərait haqqında ətraflı məlumat verilmişdir.
Türkiyəli qonaq səhnədə məşq edən aktyor heyətinin ifasını seyr etmiş və onlarla səmimi ünsiyyət qurmuşdur.
Xatırladaq ki, aktrisa 2002-ci ildə Musiqili Teatrın səhnəsində Təhminə obrazını (“Təhminə və Zaur”, Anar) canlandırıb.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !