Gürcüstanda soydaşlarımız tərəfindən 20 Yanvar qurbanları anıldı! - (+FOTO)

Gürcüstanda soydaşlarımız tərəfindən 20 Yanvar qurbanları anıldı! (+FOTO)

Tbililisdə I. Cavaxaşvili adına dövlət Universitetinin "Azərbaycanın dostlari" otağında Bakıda
SSSRİ Silahlı qüvvələri tərəfindən törədilən 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr
olunmuş anım  mərasimi keçirilib.
Tədbir  Gürcüstan "Aktiv Azərbaycanlı Qadınlar" Assosiasiyasının  və "Azərbaycanın dostları
otağı"nın koordinatoru Leyla Əmrahovanın birgə  təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
.Anım mərasimində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonra "Aktiv
Azərbaycanlı Qadınlar" Assosiasiyasının sədri, 9 Aprel hadisələrinin şahidi olan  Gültəkin
Mustafayeva,20 Yanvar faciəsinin baş vermə səbəbləri, nəticələri və xalqımızın şanlı tarixindəki
yeri və rolu barədə tədbir iştirakçılarının nəzərinə çatdırıb.  Gürcüstan və Azərbaycan iki
gonshu, dost və strateji dövlətlər eyni taleyi yaşamış dövlətlərdir.  İnsanlarda vətənpərvərlik
hisslərini boğmaq üçün Bakıda 20 Yanvar və Tiflisdə törədilən 9 Aprel hadisələrinin daim
qəlblərdə yaşayacağını və gələcək nəsilə bu tarixi günlərin çatdırılmasının vacibliyini qeyd etdi.
Tədbirdə Tbilisi Dövlət Universitetinin Amerikaşünaslıq kafedrasının direktoru Vasil Qacarava,
9 Aprel hadisələrinin canlı veterani ,Milli Konqresin sədri Ali Babayev ,Tbilisi Dövlət
Universitetinin Osetin dilləri üzrə mütəxəssisi İzolda Tigiyeva. Tbilisi Dövlət Universiteti
kitabxanasının direktoru Xatuna Cuqoşvili və əməkdaşları, Tibb Universitetinin professoru
Yuliya Zeqenidze,"SOCAR Georgiya"nın əməkdaşı Орхан Hasanov, politoloq Tengiz

 

Tkhilava,tarixci Simon Kopadze, Gürcüstanın "9 aprel" cəmiyyətinin sədri Vaja Mamulaşvili
,Mahabbat Imanov,QHT sədrləri Anna  Mazanisvili,Rusudan Kvanchaxadze,Nana Khulordava
, Azərbaycanın Gūrcūstandakı səfirliyinin nūmayəndələri,gənc fəallar  Tural Ramazanov,Temkin
Nagiyev və tələbələr iştirak ediblər.
Anım mərasimində iştirak edənlər 20 Yanvarın tarixi, baş vermə səbəbləri və sonrakı
nəticələrindən danışıblar."Qara yanvar" kimi yaddaşlara həkk olunan bu tarix əslində bizim milli
qūrur gūnūmūzdūr. Zəncirlərimizi qıraraq azad gələcəyə addımladığımız bu təqvimlə və
şəhidlərimizlə qūrur duyuruq!!! 

 

 

Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə
Təşkilatı ictimai birliyinin mətbuat xidməti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !