20 yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib -

20 yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

19 yanvar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Konfrans zalında 20 yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. İlk öncə auditoriyaya tarixi günlə bağlı video-çarx göstərilmiş və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti, professor Ramiz Quliyev, Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyevçıxış edərək 20 yanvar faciəsinin qanlı xatirələrindən və bu günün tariximizdə önəmli bir səhifə olmasından söz açmışlar. Ardınca 20 yanvar 1990-cı il hadisəsiningörüntüsü video-çarx vasitəsilə bir daha nümayiş olunmuşdur.
Tədbirinin sonunda BMA-nın tələbələrindən ibarət kiçik konsert proqramı səsləndirilmişdir. Musiqi proqramında –A.Əlizadə “Hüzn valsı” (“Klarte” kvarteti), V.Adıgözəlov “Lay-lay” (tar: Atabəy İsmayılov, f-no: Vüsal Aydəmirov), J.Massne “Düşüncə” (skripka: Nəzrin Aslanlı, f-no: Səidə Axundova), F.Bədəlbəyli “Ave Maria” (vokal: Mahir Tağızadə, f-no: Dilarə Kərimova) əsərləri ifa olunmuşdur.


Allah Şəhidlərimizə rəhmət eləsin!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !