Azərbaycan və tatar diasporunun nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib - (+FOTO)

Azərbaycan və tatar diasporunun nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib (+FOTO)

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi sayılan 20 Yanvrar faciəsindən 28 il ötür. Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin nümayəndələri və Azərbaycandakı tatar diasporunun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət edənlər arasındadır.
Nümayəndələr ölkəmizin istiqlalı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər

 

Azərbaycandakı tatar diasporunun nümayəndəsi Emin Ramazanov qeyd edib ki, Vətən uğrunda şəhid olanların xatirəsini hər il hörmətlə yad edirlər.

 

Azərbaycan Milli–Mədəni Muxtariyyətinin sədr müavini Sevinc Süleymanova bildirib ki, 20 Yanvarda Vətənin azadlığını, şərəf və ləyaqətini Uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sevinc Süleymanova həmçinin qeyd edib ki, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsssn qurbanları hər il Kazanada da yad edilir.

 

Qeyd edək ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycana qarşı hərbi əməliyatlara başladı. Faciə zamanı 137 nəfər öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbsedildi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respulikamızda hər il Ümmxalq Hüzn Günü kim geniş qeyd edilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !