28 il əvvəlin bu günü - - Qısa Metrajlı film VİDEO

28 il əvvəlin bu günü - Qısa Metrajlı film VİDEO

"Müasir Azərbaycan Gənclər" ictimai birliyi vətənpərvərlik hissinin gənclərə aşılanması istiqamətində daha bir addım atıb. 20 yanvar həqiqətlərinin ictimaiyyətə çatdırılmasının ən effektiv yolunun bir başa cəmiyyətə müraciətdə görən birlik fəalları bunu video çarx çəkməklə həyata keçiriblər. "Müasir Azərbaycan Gənclər" ictimai birliyinin sədri Orxan Fəxrəddinovun, birlik fəallarından Arzu Nəbizadənin, Leyla Mansurovanın, Nilufər Məmmədzadənin, Gülnar Həsənovanın, Günay Kərimzadənin, Zülfiyyə Məmmədovanın, Mədinə Gondalovanın, Həsən Məmmədovun, Arzu Hüseynovanın, Əfruz Seyidova, Şahnaz Həsənzadə, Tural Abdullayev, rejissor Muqbil Abışovun, montajçı Vüqar Camalın əməyi sayəsində ərsəyə gələn sosial çarxda Azərbaycanın uzaq keçmişindən bu gününə qısa nəzər salınır. Məhz o tarixi günlərdən birinin 20 yanvar gecəsində yaşandığı qeyd olunur. Artıq qara, qanlı yanvarın 28-ci il dönümünün qeyd olunduğunu söyləyən gənclər azadlıq naminə şirin canından keçən şəhidlərimizi ehtiramla anır, ruhları qarşısında baş əydiklərini qeyd ediblər. Ruhları şad olsun. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !