Gənclər təşkilatı 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. - (+FOTO)

Gənclər təşkilatı 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. (+FOTO)

20 Yanvar Faciəsinin 28-ci ildönümü münasibətilə GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qanla Qazanılmış Azadlıq” adlı tədbir keçirilmişdir. GTM Qarabağ ofisinin əməkdaşı Gülxara Əliyeva çıxış edərək bilidirmişlər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etmişdir. 28 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa və Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova da çıxış edərək bildirdilər ki,bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşısada düşmənlər öz niyyətlərinə çata bilmədilər.
Daha sonra İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin və könüllülərinin, 5 saylı körpələr evi uşaq bağçasının balaca fidanlarının ifasında 20 Yanvar Faciəsinə həsr olunmuş ədəbi – bədii kompozisiyalar nümayiş olunmuşdur. Tədbirin sonunda “Qanla Qazanılmış Azadlıq” adlı sərgi və film nümayiş olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !