Laçınlılar 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Laçınlılar 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər tərəfindən də yad edilib. Rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Taxtakörpü qəsəbəsində şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirib, önünə gül-çiçək düzüblər. Sonra məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
20 Yanvar faciəsinin ildönümü münasibətilə qəsəbədə dövlət bayraqları endirilib, gün ərzində matəm musiqisi səsləndirilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !