20 Yanvar şəhidlərinin xatirəsi Ağcabədidə də böyük ehtiramla yad edilib. - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

20 Yanvar şəhidlərinin xatirəsi Ağcabədidə də böyük ehtiramla yad edilib. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

20 Yanvar faciəsinin 28-ci ildönümü Ağcabədidə də silsilə tədbirlərlə qeyd edilib. Rayonun müəssisə və təşkilatlarında, yaşayış məntəqələrində müxtəlif tədbirlər keçirilib, sərgilər təşkil edilib.
Yanvarın 20-də Ağcabədi şəhərindəki Şəhidlər Xiyabanında böyük izdiham yaşanıb. Xiyabana axışan ağcabədililər və ərazidə xidmət edən hərbi qulluqçular abidə kompleksi önünə və şəhid məzarları üzərinə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının xatirəsini böyük ehtiramla yad ediblər. Anım mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !