20 Yanvar şəhidlərinin xatirəsi Lənkəranda yad olunub - + FOTO (AZ.press.AZ-Ağaddin Babayev, Lənkəran)

20 Yanvar şəhidlərinin xatirəsi Lənkəranda yad olunub + FOTO (AZ.press.AZ-Ağaddin Babayev, Lənkəran)

20 Yanvar faciəsinin 28-ci ildönümü Lənkəranda da silsilə tədbirlərlə qeyd olunub. Yanvarın 19-da rayonun ümumtəhsil məktəblərində ilk dərslər “0 Yanvar 1990-cı il hadisələrinə həsr olunub. Bu münasibətlə həmçinin rayonun mədəniyyət müəssisələrində ədəbi-bədii gecələr, kitab müzakirələri keçirilib.
Bu gün isə səhər saatlarından minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad edib. Mərasim zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə tər çiçəklər düzüblər. İcra başçısı eyni zamanda abidə önundə şəhid ailə üzvləri ilə görüşərək söhbət edib və bir daha onların qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5 nəfəri Bakıda, 5 nəfəri isə rayonun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə şəhid olub, 1 nəfəri rus hərbçiləri tərəfindən vertolyotda boynuna məftil bağlamaqla amansızcasına boğularaq öldürülüb.
Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm abidə kompleksi ucaldılıb, adları küçələrə verilib, məzarları ətrafında abadlıq-bərpa işləri görülüb.
Mərasim günü saat 12.00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Ağaddin BABAYEV, Lənkəran
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !