20 Yanvar faciəsinin 28-ci ildönümü... - + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

20 Yanvar faciəsinin 28-ci ildönümü... + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

"20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi haqqında" Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayonun idarə müəssisə və təşkilatlarında , ümumtəhsil müəssisələrində konfrans, yığıncaq və dəyirmi masalar təşkil edilmişdir. Bununla yanaşı 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar 19 yanvar 2017-ci il tarixdə rayon tədris müəssisələrində 20 yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər , inşa, rəsm müsabiqələri , şahmat yarışı keçirilmişdir. Tədbirlərdə vətənpərvərlik şeirləri səsləndirilmiş, məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

20 yanvar 2018-ci il tarixdə “20 Yanvar” faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir Yeni Xocavənd qəsəbəsində şəhidlərimizin xatirəsinə ucaldılmış “Şəhidlər Xatirə Abidə Kompleksi” önündə keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin o, cümlədən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin, rayon təhsil müəsisələrinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə 540 nəfər iştirak etmişdir.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !