Müstəqil Azərbaycanın tarixində 20 yanvar adlı tədbir keçirilib. - (+FOTO)

Müstəqil Azərbaycanın tarixində 20 yanvar” adlı tədbir keçirilib. (+FOTO)

Bu gün Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanın tarixində 20 yanvar” adlı tədbir keçirilib. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni çıxış edərək, faciənin başvermə səbəbləri və acı nəticələri barədə məlumat verib. O, bildirib ki, “20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açıb”. Sonra MQF İH-nin üzvü, Türkiyə Universitetləri Məzunları İB-nin sədri Çingiz Bayramov bildirib ki, 20 yanvar faciəsi unudulmamalı, xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir. Daha sonra çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, MQF prezidentinin müşaviri Səməd Bayramzadə, ATXƏM-in icra katibi, Birlik jurnalının baş redaktoru İlqar İlkin, İdeal Sülhün Təbliği İB-nin sədri Əlikram Ələkbərov çıxış edərək bildiriblər: “20 Yanvar xalqımızın demokratiya uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar və qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. Lakin imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi”.
Tədbirdə MQF-nin vitse-prezidenti, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, ADPU-nin müəllimi Qərinə Balayeva, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə, Beynəlxalq Diaspor Mərkəzinin mətbuat katibi Könül Kərimova, Gənc Mühasiblər İB-nin sədri Solmaz Əliyeva və başqaları iştirak edib.
Sonda 20 yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət slayd nümayiş olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !