HDR Çəkiliş Üçün Kamera Tənzimləmələri - - Foto məsləhətçi

HDR Çəkiliş Üçün Kamera Tənzimləmələri - Foto məsləhətçi

HDR Çəkiliş Üçün Kamera Tənzimləmələri

 

 

 

HDR üçün hər zaman RAW formatında çəkiliş JPG formatından daha yaxşıdır. Bu vəziyyəti Photomatixve Artizen proqramlarında RAW formatında çəkilən və JPG formatı ilə çəkilmiş şəkillərin işlənmiş hallarını müqaysə etdik. Nəticələrə baxdığımız zaman RAW formatında çəkilmiş olanlar JPG olanlardan çox daha yaxşı olduğunu deyə bilərik.

 

 

 

İndi kameramızın tənzimləmələrini necə etməliyik.

 

 

1. Addım : Kameranızı Manual Rejimə Keçirin

 

İstifadə kitabçasından heç kim xoşlanmaz lakin ye bir fotoqraf kamerasının istifadə kitabçasını ola bildiyincə yaxşı bilməlidir. Bunun üçün onunla zaman keçirməniz lazımdır, səfərlərdə yanınızda aparın, zaman tapdıqca oxuyun.

 

 

 

2. Addım : Avtomatik Keçid Tənzimləmələri (AEB)

 

Avtomatik keçid tənzimi (AEB) HDR görüntü yaratmaq üçün əsas komponentidir. Keçid (Bracketing), fotoqrafiyada işığın davamlı dəyişdiyi, işığın miqdarından əmin olunmadığı obyektlərdə doğru olduğunu fərz etdiyimiz ekspozisiya dəyərində bir dəyişkənin (diafraqma və ya pərdə sürəti) sabit tutularaq digər dəyişkəndən daha aşağı və ya daha yuxarı fərqli ekspozisiya dəyərləriylə ardıcıl çəkiliş edilməsidir.

 

 

3. Addım : A/Av Rejimini Seçin və Diafraqma Dəyərini Təyin edin

 

Diafraqma Dəyərini dəyişdirə bildiyimiz (A/Av) Rejim HDR çəkiliş üçün ilk başlanğıc üçün ən uyğun tənzimləmədir. Əgər Zaman Dəyəri üçün kamera tənzimləsəniz, kamera pərdə sürəti hər kadr boyunca eyni qalacağından əmin olacaqsınız. Diafraqma sahə dərinliyini ya da səhnənin fokus nöqtəsinin nə olacağını nəzarət edər. Bu dəyər hər kadrda fərqli isə, daha sonra bunları birləşdirərək HDR edilə bilməz.

 

 

 

4. Addım : Ölçmə Rejimini Təyin Edək

 

Ölçmə rejimi kamera üzərindəki qarışıq tənzimələrdən biridir. Sadə dildə desək ölçmə rejimi kameranın işıq görüntü üçün ən uyğun ekspozisiya necə olacağını təyin edər.

 

 

5. Addım : Rəng Hərarətini (Kelvin) Tənzimləyək

 

Rəng hərarəti (Kelvin) görüntülər üçün inanılmaz dərəcədə əhəmiyyətlidir. Rəng hərarəti (Kelvin) bağlıdırsa, bütün görüntünüz də bağlı olacaq. Avtomatik Rəng Hərarəti (Kelvin) çox vaxt sizə köməkçi olacaq. Kameralar bu gün daha ağıllı və təkmilləşdirilmiş və avtomatik tənzimləmələr çox vaxt daha doğru çalışır. Amma ölçmə rejimi kimi, fərqli rəng hərarəti (Kelvin) tənzimləmələrində bilinməsi lazımdır.

 

 

Fotoaparatınız gördüyünüz məkandakı rəngləri olduğu kimi əks etdirmirsə, bəzi tənzimləmələri dəyişdirmə zamanı gəlmişdir. Rəng hərarətini (Kelvin) düzəltmək üçün ən sürətli və ən asan yol fotoaparatınızın manual rəng hərarəti (Kelvin) tənzimləmələrini istifadə etməkdir. Çəkəcəyiniz məkanda saf ağ (ağ bir divar, bir kağız parçası, ağ bir köynək, və s.) bir şeylər tapmaq və ağ sahəni çəkmək tənzimləmələri etməniz üçün köməkçi olacaq.

 

 

6. Addım : ISO Dəyərini Təyin edin

 

ISO dəyəri kameranın işığa həssaslığıdır. Yüksək ədədlər, işıq həssaslığını daha həssas bir hala gətirər. ISO anlamaq üçün belə bir nümunə verək ISO dəyərini işçi arılara bənzədək, ISO 100, bir şəkil çəkərkən 100 işçi arının çölə çıxıb işıq yığmağa çalışmasıdır. O kiçik arılar hər zaman kafi edəcək dəyərdə işıq yığa bilməzlər. Yaxşı o zaman nə olar? Etməniz lazım olan daha çox arı göndərmək olmalıdır! ISO 200, ISO 400 dəyərlərini yoxlaya bilərsiniz.

 

 

ISO mənfi cəhəti şəkilin keyfiyyətini azaltmasıdır. Yüksək ISO dəyərləri çəkilən fotoşəkildəki qumlanma səviyyəsini artıracaq. Bu problem səbəbiylə, mümkün olduğunca aşağı ISO dəyərlərində çəkiliş etməyiniz lazımdır.

 

 

 

7. Addım : Bir Ştativ Alın!

 

Yüksək diafraqma və aşağı ISO dəyəri ilə, pərdə sürətiniz yavaşlayacaq. Bu vəziyyət əlinizlə kameranı tutmağı çətinləşdirəcək. Bildiyimiz kimi HDR çəkilişləri üçün kameranın heç titrəməməsi lazımdır.

 

 

Ştativ çəkiliş sırasında kameranı hərəkətsiz tutmaq üçün ən məşhur yoldur. Ehtiyacınıza uyğun tripod növünü sizin çəkiliş üsulunuz təyin edər.

 

 

 

8. Addım : Self-Timer İstifadə edin

 

Bu barmağınızla düyməyə bastığınızda yaranan titrəmdən Self-Timer ilə xilas olarsınız. Əksər kamerada, düyməyə basıldığında bir zamanlayıcı başlada bilərsiniz. Əgər bu tənzimləmə yoxdursa, bir pult almanız lazımdır.

 

 

9. Addım : Çəkiliş Üçün Doğru Obyektivi Seçin

 

HDR hər hansı bir görüntü üçün yüksək kontrast əldə etmək üçün istifadə edilə bilər. Ümumiyyətlə bu hal mənzərə və şəhər çəkilişləri üçün daha çox istifadə edilər. Başqa sözlə çoxu halda, ən yaxşı variant bir geniş bucaqlı bir obyektiv olacaq.

 

 

 

10. Addım : Manual Fokuslama Seçilməli

 

Obyektivinizi seçitiniz, artıq hazırsınız, son olaraq dünyanı əl ilə fokuslamağa hazır olun. Avtomatik fokuslama texnologiyası inanılmaz amma bütün mənzərəni ala bilməniz üçün kafi deyil. Əgər həqiqətən fokusladığınız kadrda hər şeyi əldə etmək istəyirsinizsə, manual fokuslama etməniz lazımdır.

 

 

 

11. Addım : Bir Su Tərəzisi İstifadə edin

 

Siz nə qədər düz zəmin olduğunu düşünsənizdə bunu bir cüt istiqamətli su tərəzisi ilə yoxlamağınız lazımdır. Bu şəkildə doğru müstəvini tuta bilərsiniz.

 

 

 

Nəticə:

 

Fotoaparatınız və siz çəkiliş üçün hazırsınız. İndi çölə çıxın və çəkiliş etməyə başlayın.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !