XƏLİL RZA - Şirinxanım Kərimbəyli ŞADİMAN
Bu xəbəri paylaş
XƏLİL RZA
Xəlil Rza! Vətənimin göylərində
dolan bulud,
Xəlil Rza – tufanlara sinə gərən,
ilğımları, sazaqları üstələyən güclü palıd!
Xəlil Rza – əzabları dəmirləşən,
düşmənləri əyilməyən qüdrətiylə
vurub sərən bahar seli.
Xəlil Rza –Vətənimin zümzüməsi –
dodağında kilidlənən susmaz dili.
zəncirlənən azadlığın Prometeyi!
Azərbaycan anamızın ulu neyi.
Xəlil Rza – o susmayan
qüdrətiylə çağlayacaq!
Yağıların qan-qan deyən ürəyini
xəncər-bıçaq sözləriylə dağlayacaq.
Od yurdunun adı bizdən
özü ögey dillərini bağlayacaq.
Xəlil Rza – məmləkətin azadlığa
təşnə olan ürəyidir.
Azərbaycan torpağının ikibaşlı
əjdahaya qarşı duran dirəyidir.
Azadlığın damlasını əzizləyən,
Yolumuzdan tikanları, qanqalları təmizliyən,
Dədə Qorqud babamızdır!..
Xəlil Rza – min ildir ki, fəryad edən,
fəğan edən qəlbi qopuq dərdli sazdır!
Xəlil Rza – min bir yerdən parçalanmış,
İgidləri diri-diri odda yanmış
Azərbaycan adlı diyar,
Yağıları o Koroğlu nərəsiylə başsız qoyar.
Xəlil Rza – istiqlalın
özü boyda parlaq Günəş.
Yüz yetmiş il sinəmizdə zaman-zaman,
Nəsil-nəsil doğan atəş.
Zəncirləri qolumuzdan qıracaqdır nərəsiylə,
Azərbaycan ölkəsini tanıdacaq dünyamıza
öz istiqbal kürəsiylə,
Qalacaqdır yerin, göyün yaddaşında
o müqəddəs haqq səsiylə!..
Şirinxanım Kərimbəyli ŞADİMAN
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az