Meşələrin aerokosmik monitorinqi məqsədilə Niyyət Protokolu imzalanıb. -

Meşələrin aerokosmik monitorinqi məqsədilə Niyyət Protokolu imzalanıb.

AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Cİ və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında müasir texnologiyalın köməyi ilə ətraf mühit üçün müstəsna əhəmiyyətə malik təbii resurs olan meşələrin aerokosmik monitorinqi məqsədilə Niyyət Protokolu imzalanıb.
Protokola əsasən məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi, meşələri formalaşdıran əsas ağac növlərinin (fistıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması və monitorinqinin həyata keçirilməsi ictiqamətində işlər həyata keçiriləcək.
Protokolu AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rövşən Rüstəmov imzalayıblar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !