Qədim Gəncə və Tarix - - Layihə (+FOTO)

“Qədim Gəncə və Tarix” - Layihə (+FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib olan “Qədim Gəncə və Tarix” layihəsi çərçivəsində 13 yanvar 2018 il tarixində Gəncə şəhərində üçüncü təlimi və bağlanış mərasimi təşkil olunub.
Layihənin əsas məqsədi gənclər arasında Gəncə şəhərinin tarixini və mədəniyyətini daha dərindən öyrənib,təbliğ etməkdir.
Tədbiri layihə rəhbəri Seymur Mirzəyev qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmiş , daha sonra isə layihənin məqsədi ve təlim çərçivəsində təşkil olunacaq müzakirələr haqqında qısa məlumat vermişdir. Təlimi “Qədim Gəncə və Tarix” layihəsinin təlimçisi və Gence Dövlet Tarix-Mədəniyyət Qoruğunun Ekskursiya aparıcısı, Gənclər Üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin nəzdində fəaliyyət göstərən Gəncə Təlimçi Məktəbinin təlimçisi Gülnar xanım Məmmədova idarə etmişdir. Təlim çərçivəsində Gəncənin mədəniyyəti və milli yeməklərimiz haqqında mövzulara toxunulmuşdur. Təlimin sonlarında iştirakçılar Azərbaycanın və Gəncənin tarixini necə öyrənib təbliğ etmək barəsində qrup işləri işlədilər və təqdim etdilər. Sonda İştirakçılar “Qədim Gəncə və Tarix” layihəsində fəal iştirak etdiklərinə görə sertifikatlar ilə təltif olunublar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !