Eyruz Məmmədov - 65 -

Eyruz Məmmədov - 65

Sabah - 2018-ci il yanvar ayının 13-də Respublikanın əməkdar jurnalisti Eyruz Məmmədovun 65 yaşı tamam olur. Eyruz Məmmədov 16 il rus dilində nəşr olunan “Exo Sumqayıta” qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. Öz vəzifə borcunu yerinə yetirməklə yanaşı, 30 ildir ki, 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğuldur. Bununla bağlı tanınmış jurnalistin aşağıdakı kitabları nəşr olunub:


1. “28-dən 29-na kecən gecə”. (1998-ci il. Azərbaycan dilində)
2. ”Erməni təxribatı”. (2005-ci il. Azərbaycan, rus, alman, ingilis dillərində)
3. ”İyirmi ildən sonra”. (2008-ci il. Rus dilində)
4. ”Ermənilərin Sumqayıtda qanlı aksiyası”. (2010-cu il. Azərbaycan dilində)
5. ”Sumqayıt faciəsinin sirləri”. Faktlar və şərhlər (2010-cu il. İngilis dilində)
6. Cinayət və cəza. (2013-cü il. Azərbaycan, türk, rus, ingilis, ispan dillərində)


Eyruz Məmmədov Sumqayıtda baş verən hadisələri tədqiq etməklə yanaşı bir sıra sənədli filmlərin də ssenari müəllifidir:


1. ”Sumqayıtın əks-sədası” tammetrajlı film
(Azərbaycan və rus dillərində)
2. ”Sumqayıtın əks-sədası-2” 5 seriyalı film.
(Azərbaycan və rus dillərində)
3. ”Sumqayıt” 15 dəqiqəlik film
(Azərbaycan, rus, ingilis dillərində)
4. ”Sumqayıt: Azadlığın əks-sədası” filmi
(Azərbaycan, rus, ingilis dillərində)
Eyruz Məmmədovun Sumqayıtın tarixi ilə bağlı aşağıdakı kitabları nəşr olunmuşdur:
1. ”Sumqayıtım mənim” (1999)
2. ”2-ci paralel” (2000)
3. ”Qələbəyə aparan yol” (2000)
4. ”Xatirələrdə yaşayan insan” (2007)
5. ”Ötən günlərin xatirələri” (2017)


Eyruz müəllim həmçinin uzun müddətdir ki, ədəbi yaradıcılıqla məşğul olur. "2-ci paralel”, "Anata”, "P.S", Dama Pika”, "Mister Riç”, "Bir, iki, üç... və yaxud Dağ çiçəyi”, "Gecə... İncə gecə”, "Zöhra və Kənan”, "Qaranlığın çırağı", "Sən kimsən, Armando?" və digər bədii və tarixi kitabların müəllifidir.
Eyruz Məmmədov Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, həmçinin Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvüdür. H.B.Zərdabi, “Qızıl qələm”, “Araz” ali-ədəbi mükafatları laureatıdır.
Sumqayıt həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və jurnalistikamızın inkişafında böyük xidmətləri olan Eyruz Məmmədovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, problemsiz ömür gün, yeni yaradıcılıq uğurları, sevinc və səadət dolu illər arzulayıram.

 


Dərin hörmət və sevgilərlə:
Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti:
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !