ADAU-nun birinci kurs tələbələrinin ekskursiyası başlayıb - (+FOTO)

ADAU-nun birinci kurs tələbələrinin ekskursiyası başlayıb (+FOTO)

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birinci kurs tələbələrini Gəncə şəhərinin görməli yerləri ilə yaxından tanış etmək, onlara şəhərin tarixi, görkəmli şəxşlər barədə geniş məlumat vermək məqsədilə üçün ekskursiyalara start verilib. İlkin mərhələdə ekskursiya bakalavriat səviyyəsi əyani təhsil formasının “əczaçılıq” ixtisasının tələbələri üçün təşkil olunub. Tələbələr Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzeyi, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi məqbərəsi və muzeyini, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyini ziyarət ediblər. Bələdçilər tərəfindən verilən məlumatlar şəhərin qədim tarixi, zəngin mədəni irsi, maddi mədəniyyət inciləri, yüksək mədəniyyəti və bölgənin adət-ənənələri barədə tələbələrdə geniş geniş təsəvvür yaradıb. Tələbələr təşkil olunan ekskursiyanı yüksək qiymətləndirərək bu kimi tədbirlərin davam etdirilməsinin maraqlı və vacib olduğunu qeyd ediblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !