Üç erməni, üç rus və ya üç ingilis qadını deyil - Üç Azərbaycanlı qadın... - + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Üç erməni, üç rus və ya üç ingilis qadını deyil - Üç Azərbaycanlı qadın... + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Xəbəriniz var , düşmüşük dəvəsi ölən bir ərəbin üstünə.
Bu mövt hadisəsi nə gülməli deyil , nə də ağlamalı.
Dirisinə söz deyə bilmirik, ölüyə nə var döşəməyə ...
Sarkisyanın ayağı altındadı Vətənimiz və qızlarımız , biz isə onun şəklinə arvad paltarı geyindirib yıxıb sürüyürük öz aləmimizdə ...
Kərəminə şükür ilahi .
Allaha şükür , heç nəyimiz olmasa da hətta əl çatmayan , ün yetməyən kəndlərimizdə belə Idman kompleksləri var. Idmançı olmuşuq . Futbolda uduzsaq da , oyunun hakimini kişi kimi düz evinəcən "yola salma" qabiliyyətimiz var . Həmişə 1-3 uduzmayacağıq ki .
Indi bu ərəb gəlib gəlməyinə , bunu qarşılamaq lazım idi ya yox ? Birdə ki , ta dövri qədimnən hər zaman gəldikləri yerdi də . Belə pis çıxmasın həmişə bizimkilər gedəcək onların ayağına ?
Allaha şükür , Türkiyə və Dubayı su yoluna çevirmişik . Oraları zəbt edən qadınlarımıza eşq olsun .
Yıxılana balta vurmaq adətimizi qoymadıq da bir kənara .
- Bax "Qızıl qələm" alan bacısıyla , yaxın qohumuyla fəxr edə bilməyənlər ,
- kabinetində işi ilə məşğul olmayıb {məsələn , bir şəhid ailəsinə zəng etmək}, rayonun alverçisinin gəlini ilə gün keçirənlər ,
- gecə vaxtı yuxu dərmanı ilə yanındakını yuxuya verib pəncərədən çıxanlar
- təcili yardım maşının gözəllik salonunun qarşısına sürənlər
- arvadı və qızı ilə məşhur olan birinci müavinlər
- qızını xəstəxanaya "dərziyə" yollayanlar
- xəstə atasına dərman almaq adı ilə evdən çıxıb bazarın arxasında qara maşına minənlər
- teatrda , aktrisaları ilə teatrdan başqa bütün oyunu oynayan müdirlər
- gecə kulubuna gedirmiş kimi geyinib-gecinib məktəbə gələn müdirələr
- bir qarış yubkası , nazirlikdən gələn yoxlamanın etirazına tuş gələn müəlliməni - o belə geyinib gəlməsə yuxarı sinif oğlanları məktəbə gəlməz deyib qoruyan müdirələr
- arvadını xəstəxana adı ilə yola salıb , arxasınca maşın sürüb kafedə başqası ilə oturan görənlər və o başqasının da elə oradaca onlara "hədiyyə" etdiyi maşın ilə də evinə qayıdanlar
- dədəsi anasını pavliyondan gətirib arvad edənlər
- qızının videosunu çayxanada görüb əl-ayağa düşənlər
- ər , arvadının keçmiş sevgilisinə zəng edib - bu qız səndən ötrü darıxır deyənlər
- kənardan gələn tələbə qızlar və oğlanlarla aylıqla razılaşıb {150-200man} , onları gəlirli "işlə" təmin edən müdirələr 
- nəysə ......
Və , və , və , və ...
Bütün bunlar və daha- dahası özümüzdə ikən bizə ərəbin dərdimi qalıb ??
Adama qayıdıb deyərlər ki , ayə ermənidəki əsirlərinizdən nə xəbər ????
Adam yanar , odlanar sonra da ....
Bizimkilərin oralarda etdiklərindən də xəbərimiz var .
Bu yaxınlarda yenə 2-3 qadın bir ərəbin pullarını oğurlamışdılar .
Bu yay boyu ancaq qadınlarımızın taciz və təcavüzünə uğramış ərəbləri tanıdıq . Türkiyə ilə Misir turizmini terror öldürdü , bizimkini də deyəsən bizim qadınlarımız .
Xaricilərin ölkəmizə baxışını təsəvvür edəkmi ??
- bunlarda əxlaqsızlıq nə dərəcədədi ki , bir kişiyə üç elə qadın düşür !
Təsəvvür etdikmi ???
Di özün tanıyan ya burda yazdıqlarımı tanıyan və ya da buna əlavə etmək istəyənlər buyurun ...
Və sonra hansı qadın razı olar onun çörək gətirəni Azərbaycana gəlsin ?

 

Elə bilirsiniz elə bizik xəbəri bərli-bəzəkli verən ?
"Başı kəsilən qadın danışdı" !
Vallah , billah burda ölüm olmasaydı əmin olun ki , ərəblər bu xəbərləri o məşhur "göbək rəqsi" başlığı ilə yayardılar .
Öz gözümüzü yoxladaq deyəcəm , vallah Iranı da dağıtdıq .
Vətəni və namusu ermənidə olan kişi danışmamalı susmalı , susmalı və susmalıdı ...!!!!
Bu qadınları çöllərə salanlar , o oteldə 3 qadınla bir ərəbi pişvaz edənlər utanırmı görəsən ???
Qadını fahişə etmək hər kişinin işidi , fahişəni qadın edən nər oğlu nərdi ki , o da ......!!!!!!!!

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !