Masallıda yarış atları oğurlanıb - (+FOTO)

Masallıda yarış atları oğurlanıb (+FOTO)

Masallı rayonunun Xırmandalı kənd sakinləri Anar Qurbanov və Rafael Əsədova məxsus iki at oğurlanıb.

 

APA-nın cənub bürosunun xəbərinə görə, onlar atlarını otlamaq üçün pay torpaqlarına aparıblar. Başqalarının sahəsinə ziyan vurmamaq üçün atrları bağlayıblar. Axşam saatlarında isə atlar yoxa çıxıb.

 

Onların bağlandığı iplərin kəsildiyi bildirilir.

 

Hər iki at Masallıda keçirilən at yarışında iştirak edib.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !