Balıq uşağın qida rasionunun təməli olmalıdır -

Balıq uşağın qida rasionunun təməli olmalıdır

Pensilvaniya Universitetinin professoru Adrian Reyn uşaqların qida rasionuna balığın daxil edilməsini təkidlə tövsiyə edir. Onun tədqiqatları göstərib ki, ən az həftədə bir dəfə balıq yeyən uşaqlar daha yüksək intellekt koeffisientinə malik olur. Bu göstərici onlarda balıq yeməyən uşaqlardan 4,8 bal yüksəkdir. Həmçinin qida rasionunda balıq olan uşaqların yuxusu daha möhkəm olur. Onlar nadir hallarda gecələr oyanır və gün ərzində daha az yorulur. Bu uşaqları yatırmaq da asandır.
AZƏRTAC MedDaily saytına istinadla xəbər verir ki, əvvəllər aparılmış tədqiqatlar göstərib ki, balıq boy artımı və əsəb hüceyrələrinin inkişafı baxımından Omeqa-3 yağ turşularının qiymətli mənbəyidir. Bundan başqa, bu yağlar koqnitiv göstəricilərə də müsbət təsir göstərir və yuxunu nizamlayan melatoninin yaranmasında iştirak edir.

 

Bildirilir ki, son tədqiqatlar çərçivəsində 12 yaşadək 541 uşaq bu kontekstdə təhlil edilib.

 

Bununla yanaşı, 9-11 yaşlar arasında uşaqlarda da balıq istehlakının nəticələri araşdırılıb. Əsasən, yuxunun keyfiyyəti, riyazi testlər, söz ehtiyatı və informasiyanın qavranılması vasitəsilə intellekt koeffisienti müəyyən edilib. Yekun birmənalı olub: tez-tez balıq yemək intellekt koeffisientinin artması və yuxu problemlərinin azalması ilə müşayiət olunub.

 

Beləliklə, əgər həftədə ən az bir dəfə balıq yemək intellekt koeffisientinə 4,8 bal gətirirsə, ayda 2-3 dəfə balıq yemək bu göstəriciyə 3,31 bal əlavə edir. Mütəxəssislər məsləhət görür ki, balığı uşaqların qida rasionuna daha erkən əlavə edəsiniz. Əgər balıq sümüksüzsə, onu 10 aylıq uşağa da vermək olar. İki yaşında uşağın qida rasionunda isə balıq mütləq daimi olmalıdır. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

..send- /..Pensilvaniya Universiteti /..Adrian Reyn /..MedDaily saytı /..Omeqa-3 yağ turşuları /..Balıq

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !